Azərbaycan-İsveçrə əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov ilə Cenevrə şəhərinin meri Guillaume Barazzone arasında görüş keçirilib.
Daimi nümayəndəlikdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə V.Sadıqov Cenevrə şəhərinin merinə Azərbaycan ilə İsveçrə arasında əlaqələr barədə məlumat verib. Səfir ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini vurğulayıb. Cenevrə şəhəri ilə iqtisadi və mədəni sahədə əməkdaşlıq imkanlarına, bu şəhərdə Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Mer G.Barazzone görüşə görə daimi nümayəndə V.Sadıqova təşəkkür edib, Azərbaycan ilə əlaqələrin inkişafından məmnunluğunu bildirib. O, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə və daha da güclənəcəyinə əmin olduğunu vurğulayıb.
Sonda tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilə biləcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [19:20]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:18]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]