“Azərbaycan” jurnalının növbəti nömrəsi çapdan çıxıb
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) aylıq ədəbi orqanı olan “Azərbaycan” jurnalının fevral nömrəsi çapdan çıxıb.
AYB-dən AZƏRTAC-a bildirilib ki, jurnalda bu dəfə də oxucular maraqlı yazılarla tanış ola bilərlər. Belə ki, jurnalın “Poeziya” bölməsində Anar Amin, İbrahim İlyaslı, Oğuz Ayvaz, Elnaz Eyvaz, İqbal Nəhmət, Fazil Aydın, Ramiz Mövsüm, Zülfiyyə Yaqubqızı və Müxəmməd Haqverdinin müxtəlif mövzulu şeirləri yer alıb. Jurnalın nəsr hissəsində Qan Turalının “Fəza səyahət dərsləri” povesti, Tural Anaroğlunun isə “Nəbatət” hekayəsi yer alıb.
Jurnalın “Qarabağ: ağrılarımız, acılarımız” rubrikasında Qəşəm Nəcəfzadənin şeirləri oxuculara təqdim olunub. Həmçinin “Mədəniyyət tariximiz” rubrikasında Vaqif Bəhmənlinin “Azərbaycan”ı yaşadıb, “Azərbaycan”da yaşayanlar”, “Xatirələr və duyğular” da isə Firuz Mustafanın Y.V.Çəmənzəminli, A.Zamanov, V.Axundov və R.Həmzətov haqqında yazısı yer alıb.
Jurnalda “Yeni tərcümələr” başlığı altında “İvan Buninin islam sevgisi” və şeirlər Azər Abdullanın tərcüməsində təqdim edilir. Oxucular “Nəzər nöqtəsi” rubrikasında Rahid Uluselin “Əhdi-ətiq”dən “Realpolitik”ə” essesini oxuya biləcəklər. “Ədəbi talelər” rubrikasının budəfəki qonağı isə Günel Natiqdir.
Oxucular, həmçinin Qorxmaz Quliyevin “Montaj: hərəkətin/hərəkətsizliyin poetikası”, Ziyad Quluzadənin “Hekayənin sonsuz səyahəti”, Vaqif Yusiflinin “Tənqidçinin düşüncələri” və s. yazılarını da jurnalın fevral buraxılışında oxuya biləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:17]
Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib
- 16.06.2026 [21:04]
Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]