Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib
Bakı 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Azərbaycan kubokunun dörddəbir final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda kubokun son sahibi “Keşlə” ilə üz-üzə gəlib.
Görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmada yeganə qolun müəllifi 65-ci dəqiqədə Rahil Məmmədov olub.
Xatırladaq ki, dörddəbir final mərhələsinə dekabrın 15-də start verilib. “Zirə” doğma meydanda “Səbail”i (1:0), “Sumqayıt” isə səfərdə “Neftçi”ni məğlub edib (0:2). Dekabrın 16-da isə “Qəbələ” “Sabah”ı minimal hesabla məğlub edib (1:0).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]