Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanan sonuncu komanda məlum olub
Bakı, 9 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, günün son oyununda “Neftçi” doğma meydanda "Sumqayıt"ı qəbul edib. "Neftçi Arena"da reallaşan görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə Filip Ozobiç açıb. Qonaqların heyətində isə 39-cu dəqiqədə Roi Kehat fərqlənib.
İlk görüşdə 3:2 hesabı ilə qalib gələn "ağ-qaralar" yarımfinala vəsiqə qazanıb. Paytaxt klubunun bu mərhələdəki rəqibi "Qarabağ" olacaq.
Günün digər matçında isə "Qəbələ" "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Elmar Baxşıyevin komandası bu raundda "Zirə" ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]