AZƏRBAYCAN KULİNARLARININ BEYNƏLXALQ UĞURLARI
T.Əmiraslanov bu il may ayının 26-30-da Seulda keçirilmiş kulinariya çempionatına 20 ölkədən 800 nümayəndənin qatıldığını, Avropa qitəsindən İtaliya və Azərbaycanın iştirak etdiyini söylədi. Müsabiqənin iki mərhələdən ibarət olduğunu deyən natiq, Azərbaycan komandasının Koreyadan sonra 2-ci yer qazandığını vurğuladı.
İyun ayının 5-də Özbəkistanda 20-dən çox ölkənin iştirakı ilə keçirilən Beynəlxalq Qida Festivalında birinci yer tutduqlarını qeyd edən T.Əmiraslanov hər iki səfərin Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm, Xarici İşlər, Maliyyə nazirliklərinin dəstəyi ilə mümkün olduğunu diqqətə çatdırdı. Natiq istifadə olunan qida məhsullarının Azərbaycandan aparıldığını və onların yüksək keyfiyyətli olduğunu qeyd edərək bütün əlaqədar şirkət və təşkilatlara öz təşəkkürünü bildirdi.
Axırda Azərbaycan komandasının üzvləri çoxsaylı suallara cavab verdilər.