Azərbaycan Londonda beynəlxalq konfransda təmsil olunub
London, 9 dekabr, AZƏRTAC
Böyük Britaniya Xarici İşlər Nazirliyinin tarixi Lankaster Sarayında Əfqanıstan üzrə London konfransı təşkil edilib.
Beynəlxalq konfransda Böyük Britaniyanın baş naziri Devid Kemeron və Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani də iştirak ediblər.
Azərbaycan tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Aqşin Mehdiyev və Britaniyadakı səfirliyimizin müşaviri Vüsal Abdullayev tərəfindən təmsil olunub.
Konfransda 74 beynəlxalq nümayəndə heyəti, o cümlədən 59 tərəfdaş ölkənin, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının və Əfqanıstanın vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.
Tədbir əsas plenar iclasdan və Əfqanıstanın gələcəyi baxımından özəl sektorun, vətəndaş cəmiyyətinin və regionun roluna həsr edilən üç əlaqədar iclasdan ibarət olub.
Əsas plenar iclasda Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond və Əfqanıstanın Baş naziri Abdulla Abdulla açılış nitqləri söyləyiblər.
Sonra tədbir iştirakçılarına Əfqanıstan Hökumətinin islahatlar planı haqqında məlumat verilib.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb
- 28.09.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 28.09.2026 [20:00]
Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq
- 28.09.2026 [19:58]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:44]