“Azərbaycan mədəniyyəti” adlı videoçarx hazırlanıb
Bakı, 6 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı öz işini virtual rejimdə davam etdirərək oxuculara xidmət göstərir.
İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın informasiya-resurs şöbəsi “Azərbaycan mədəniyyəti” adlı videoçarx hazırlayaraq "YouTube" və "Facebook" səhifəsində yerləşdirib.
Azərbaycan mədəniyyətinə həsr olunmuş və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş videoçarxda qədim musiqi alətləri, muğamlar, xalçaçılıq, misgərlik və mətbəximiz haqqında geniş və ətraflı məlumatlar verilib. Mənəvi sərvətlərimiz haqqında olan bu videonun hazırlanmasında kitabxananın fondundan və Milli Kitabxananın elektron kataloqundan istifadə edilib. Videoçarxda Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Kürd-ovşarı" simfonik muğamı səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]
Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]