Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti TÜRKPA-nın 8-ci plenar iclasında və qurumun 10 illik yubileyinə həsr olunmuş konfransda iştirak etmək üçün noyabrın 19-dan 21-dək Türkiyənin İzmir şəhərində səfərdə olacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu noyabrın 17-də keçirdiyi brifinqdə məlumat verib.
Akif Təvəkküloğlu deyib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Hikmət Məmmədov, Nizami Cəfərov, İlham Əliyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Assambleya Şurasının 8-ci iclasında təşkilata sədrliyin Qırğızıstandan Türkiyəyə təhvil verilməsi mərasimi keçiriləcək. İclasda TÜRKPA Katibliyinin illik fəaliyyəti, 2019-2020-ci illər üzrə strateji planın təsdiqi, qurumun hüquqi bazasının təkmilləşdirilməsi, təşkilati məsələlər və s. müzakirə olunacaq. Sessiyanın sonunda İzmir Bəyannaməsi imzalanacaq.
Qurumun 10 illik yubileyi ilə əlaqədar “TÜRKPA-nın ilk 10 ili və parlamentlərarası əməkdaşlığın gələcəyi: əməkdaşlığa dair yeni yanaşmalar” mövzusunda keçiriləcək konfransda Milli Məclisin sədri Oqtay Əsədov çıxış edəcək. Burada təşkilatın 10 illik yubileyi münasibətilə TÜRKPA Medalı ilə mükafatlandırma mərasimi də keçiriləcək.
Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]