AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ PARİSƏ YOLA DÜŞƏCƏK
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Asim Mollazadə Avropa Şurası Parlament Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi komitəsinin iclasında iştirak etmək üçün yanvarın 7-də Parisə yola düşəcəklər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda AŞPA-nın münaqişə üzrə qəbul etdiyi qətnamə ilə əlaqədar dinləmələr keçiriləcəkdir. Səməd Seyidov iclasda çıxış edəcək, Azərbaycan tərəfinin münasibətini bildirəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:50]
Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var
- 08.10.2026 [13:24]
Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır
- 08.10.2026 [12:57]
“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib
- 08.10.2026 [12:56]
Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]