SİYASƏT
Azərbaycan parlamentinə keçiriləcək seçkiləri Gürcüstan MSK-nın beş nümayəndəsi izləyəcək
Tbilisi, 3 fevral, AZƏRTAC
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyası fevralın 8-də Bakıda olacaq. Bu barədə AZƏRTAC-a Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze məlumat verib.
O deyib ki, fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərin müşahidəsi üçün Azərbaycana göndəriləcək nümayəndə heyətinin tərkibi artıq təsdiqlənib.
Gürcüstan MSK sədrinin müavini Giorgi Şarabidzenin rəhbərlik edəcəyi nümayəndə heyətinə qurumun katibi Giorgi Cavaxişvili, Hüquq departamentinin rəhbəri Giorgi Dzaqania, İnsan resursları departamentinin rəhbəri Giorgi Kalandarişvili və Seçki sistemlərinin inkişafı, islahatlar və treninqlər mərkəzinin direktoru Natia Zaalişvili daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi