AZƏRBAYCAN PƏHLƏVANI RÖVŞƏN BAYRAMOV İLIN ƏN YAXŞI YUNAN-ROMA GÜLƏŞÇİSİDİR
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) sərbəst, yunan-Roma və qadın güləşi üzrə 2008-ci ildə dünyanın ən güclü idmançılarının adlarını açıqlamışdır. Bu siyahıda Azərbaycan pəhləvanı Rövşən Bayramovun (55 kq) da adı var. O, bu çəkidə ilin ən yaxşı yunan-Roma güləşçisi seçilmişdir.
Qeyd edək ki, Rövşən Bayramov bu il Avropa çempionatında qızıl, Pekin Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanmışdır. R.Bayramovla yanaşı, ukraynalı Vasili Fedorişin (60 kq) ən güclü sərbəst güləşçi, bolqarıstanlı Stanka Zlateva (72 kq) isə ən yaxşı qadın güləşçi adına layiq görülmüşlər.
Mükafatlandırma mərasimi 2009-cu il aprelin 1-də Vilnüsdə Avropa çempionatında keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]