Azərbaycan-Portuqaliya oyunu başlayıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, millimiz A qrupundakı beşinci oyununda Portuqaliya yığmasını qəbul edir.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Azər Salahlı, Höccət Haqverdi, Namik Ələskərov, Emin Mahmudov, Mahir Emreli, Abbas Hüseynov, Elvin Bədəlov, Təmkin Xəlilzadə və Filip Ozobiç yer alıblar.
Portuqaliya seçməsinin heyətində isə meydana Ruy Patrisiu, Pepe, Ruben Diaş, Rafael Gerreyro, Joau Palinya, Joau Moutinyu, Andre Silva, Bernardu Silva, Brunu Fernandeş, Joau Kanselu və Dioqu Jota çıxıblar.
Görüşü italiyalı FIFA referisi Marko Quida idarə edir. Ona yan xətt hakimləri Filippo Meli və Alessandro Kostanzo köməklik göstərirlər. Dördüncü hakim funksiyasını isə Fabio Mareska yerinə yetirir.
Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [13:03]
“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub
- 16.10.2026 [11:09]
İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür
- 16.10.2026 [10:35]
Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır
- 16.10.2026 [10:26]
Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır
- 16.10.2026 [10:20]