Azərbaycan Premyer Liqası: “Turan Tovuz” doğma meydanda “Qəbələ”ni məğlub edib
Bakı, 13 fevral, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 43-cü dəqiqədə tovuzluların heyətində Aleks Souza açıb. Ayxan Quseynov 53-cü dəqiqədə ikinci topu “qırmızı-qaralar”ın qapısından keçirib. Matçın yekun nəticəsini 77-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Bilel Auşeriya müəyyənləşdirib.
Bu qələbədən sonra xallarını 29-a çatdıran “Turan Tovuz” 6-cı sıraya yüksəlib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.
Tura bu gün keçiriləcək “Zirə” - “Sumqayıt” və “Araz-Naxçıvan” - “Neftçi” oyunları ilə yekun vurulacaq.
Qeyd edək ki, XXII turun əvvəlki oyunlarında “Qarabağ” və “Sabah” komandaları 3:3 hesablı sülhə razılaşıblar, “Səbail” isə səfərdə “Kəpəz”i məğlub edib - 4:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [13:14]
Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO
- 08.10.2026 [12:28]
Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub VİDEO
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]
Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
Beynəlxalq səyyahlar Şuşada
- [13:30]
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]