Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısının oyunlarını izləyən tamaşaçıların sayı açıqlanıb
Bakı, 1 yanvar, AZƏRTAC
Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünün ilk yarısının oyunlarını 132 min 959 tamaşaçı izləyib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, ilk iki dövrədə baş tutan 90 matçda orta tamaşaçı sayı 1 477-yə bərabər olub.
18 turun rekordu “Turan Tovuz”la bağlıdır. Belə ki, X turun oktyabrın 20-də keçirilən “Turan Tovuz” - “Qarabağ” görüşündə (2:2) 6 000 tamaşaçı qeydə alınıb.
Qərb təmsilçisi çempionatın tamaşaçı sayındakı mütləq lideridir. “Turan Tovuz”un ev oyunlarını orta hesabla 4 322 izləyici seyr edib.
Tovuzlular ən yaxın izləyicilərini 2 dəfədən çox üstələyir. Lideri ötən mövsümün mükafatçıları izləyir. “Neftçi” 2-ci, “Sabah” 3-cü, “Qarabağ” 4-cü yerdə qərarlaşıb. Bu dörd komandadan başqa “Sumqayıt”la “Kəpəz”də də orta göstərici 1 000-dən yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]
Azərbaycan Kubokunda yeni mövsümə start verilir
- 07.10.2026 [10:13]