AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ PREZİDENTİ İLƏ GÖRÜŞMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Jan Lemyer ilə görüşmüşdür.
![]() |
Görüşdə Azərbaycan ilə bu beynəlxalq bank arasında uğurlu əməkdaşlıq qeyd olundu, əlaqələrin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı.
