Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKI METROSUNUN “NƏSİMİ” STANSİYASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BAKI METROSUNUN “NƏSİMİ” STANSİYASININ AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Oktyabrın 9-da Bakı metrosunun yeni tikilmiş “Nəsimi” stansiyasının açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.

Tikintisinə 2006-cı ildə başlanmış stansiyanın ağır hidrogeoloji şəraitdə inşa olunmasına baxmayaraq, işlər vaxtından əvvəl yerinə yetirilmişdir. Stansiyada qatarların hərəkətinin tənzimlənməsi və texniki nəzarət kompyuterləşdirilmişdir. Burada 250-dən çox adam işlə təmin olunmuşdur.

“Memar Əcəmi” stansiyasından “Nəsimi” stansiyasına qədər xəttin uzunluğu 2660 metr, yeni stansiyada platformanın uzunluğu 102 metr, eni isə 18 metrdir. Dörd çıxışı olan stansiyada eskalatorlar quraşdırılmışdır. Tikinti işlərini “Azərtunelmetrotikinti” Qapalı Səhmdar Cəmiyyəti görmüşdür. Stansiyanın tikintisini daim diqqətdə saxlayan Prezident İlham Əliyev bu il avqustun 27-də görülən işlərin gedişi ilə tanış olmuş, müvafiq tövsiyələrini vermişdi.

Dövlətimizin başçısı “Nəsimi” stansiyasının yerləşdiyi ərazini seyr etdi, yaxınlıqdakı binalarda görülən təmir-bərpa işlərinə baxdı.

Baş nazirin müavini Abid Şərifov, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verdilər ki, inşaat işlərini bütünlüklə yerli mütəxəssislər yerinə yetirmişlər. Bakı Metropolitenində ən müasir avadanlıq, enerji bloku ilk dəfə məhz “Nəsimi” stansiyasında quraşdırılmışdır. Paytaxtın 6-cı və 9-cu mikrorayonlarını birləşdirən “Nəsimi” stansiyasının akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya İnstitutu, 9-cu mikrorayon, Z.Əliyeva adına istirahət bağı, 9 nömrəli təcili yardım stansiyası və 6-cı mikrorayon istiqamətlərinə çıxışları vardır. Uzun fasilədən sonra tikilən bu stansiyanın davamı olaraq çəkilən xətt ilin sonunadək digər stansiya ilə birləşdiriləcək və paytaxtda nəqliyyat probleminin həllinə kömək edəcəkdir. İlk növbədə, şəhərdaxili şəbəkənin genişləndirilməsini və paytaxt əhalisinin tələbatının tam ödənilməsi məqsədi ilə metropolitenin yeni stansiyalarının çəkilməsi ilə bağlı layihələr də hazırlanmışdır.

Prezident İlham Əliyev metro stansiyasının giriş və çıxışlarında görülən işlərə baxdı və rəmzi açılışı bildirən lenti kəsdi. Dövlətimizin başçısı stansiyada metropoliten işçiləri və inşaatçılarla görüşdü.

“Azərtunelmetrotikinti” Qapalı Səhmdar Cəmiyyətinin sədri Şaiq Əfəndiyev ulu öndər Heydər Əliyevin ölkəmizdə metro tikintisinə verdiyi önəmi xatırladaraq dedi ki, cənab Prezident, çox şadıq ki, bu ənənə Sizin tərəfinizdən davam etdirilir.

Prezident İLHAM ƏLİYEV metropoliten işçilərinə və inşaatçılara müraciətlə dedi:

-Bu, çox böyük hadisədir. Sizi yeni stansiyanın açılışı münasibətilə təbrik edirəm. Eyni zamanda, sizə, metro stansiyasının tikintisində iştirak etmiş bütün insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Bu, doğrudan da, böyük hadisədir, deyə bilərəm ki, bunun tarixi əhəmiyyəti var. Uzun fasilədən sonra Bakı şəhərində yenidən metro stansiyaları tikilmişdir.

Bakıda metro çoxdan fəaliyyət göstərir. Bakı Sovet İttifaqının ilk şəhərlərindən biri, beşinci şəhər idi ki, burada metro stansiyası tikilmişdi. Ancaq Sovet İttifaqı dağılandan və bütün postsovet məkanında yaşanmış böhranlı hadisələrdən sonra, əlbəttə ki, metro tikintisinə də fasilə verildi. Məndə olan məlumata görə, indi keçmiş postsovet məkanında metro stansiyaları Rusiyada, Ukraynada, yəni beş-altı şəhərdə, o cümlədən Bakı şəhərində tikilibdir. Mən buraya avqust ayında gəlmişdim. Növbəti stansiyaların tikintisi də nəzərdə tutulur. Bu, böyük bir proqramdır. Mən hesab edirəm ki, bir neçə il ərzində Bakının nəqliyyat infrastrukturunun təkmilləşməsi üçün bir neçə yeni stansiya tikiləcəkdir. Bu proqram var, maliyyə vəsaiti də ayrılacaq və əminəm ki, siz gələcəkdə yeni stansiyaların tikintisində uğurla iştirak edəcəksiniz.

ABİD ŞƏRİFOV: Cənab Prezident, proqram artıq hazırlanmışdır. Siz buraya gəlib inşaat işlərinin gedişi ilə tanış olanda göstəriş verdiniz ki, hansı istiqamətlərdə metro xətlərinin çəkilməsini gələn ilin investisiya proqramına salmalıyıq. Bu barədə Sizə məruzə olunmuşdu və həmin proqram Sizə təqdim ediləcəkdir.

İLHAM ƏLİYEV: Hər il Bakı şəhərində metro tikintisi aparılacaqdır. İndi deyə bilmirəm ki, siz hər il bir stansiyanı təhvil verə biləcəksiniz, yoxsa yox. Bu, daha çox sizin işinizdən asılı olacaqdır. O ki qaldı maliyyə məsələlərinə, burada heç bir çətinlik olmayacaqdır.

ABİD ŞƏRİFOV: Cənab Prezident, inşallah Sizin rəhbərliyiniz altında bütün işlər görüləcəkdir.

İLHAM ƏLİYEV: Amma əsas odur ki, metro tikintisi bundan sonra Azərbaycanda hər il, uzun illər ərzində aparılacaqdır. Biz elə etməliyik ki, bütün şəhərimizi metro ilə əhatə edək. Çünki metro həm ən ucuz, həm də ən rahat nəqliyyat vasitəsidir. İndi hamı yaxşı bilir ki, metro tarifləri dəyişməz olaraq qalır. Yəqin ki, dünyada ən ucuz tariflər Azərbaycandadır. Mən onu da demək istəyirəm, dəfələrlə müraciətlər olunmuşdu ki, biz tarifləri qaldıraq, bu, rentabelli deyil, yəni metro zərərlə işləyir. Mən demişəm ki, eybi yoxdur, qoy Azərbaycan dövləti metropolitenə dotasiya ayırsın. Amma biz qiymətə baxmayacağıq və nə qədər mümkündür, bu qiymətlər dəyişməyəcəkdir. Çünki, bir daha demək istəyirəm ki, bu, ən kütləvi nəqliyyat vasitəsidir. Növbəti illərdə yeni stansiyaların tikintisi hesabına biz bütün şəhərimizin infrastrukturunu müasirləşdirəcəyik və insanların rahatlığı üçün çox böyük işlər görüləcəkdir.

TAĞI ƏHMƏDOV (Bakı Metropoliteninin rəisi): Cənab Prezident, ən yaxşı hal budur ki, bu, müstəqilliyimiz dövründə öz gücümüzə tikilən stansiyadır.

İLHAM ƏLİYEV: Bəli, düzdür.

TAĞI ƏHMƏDOV: Ulu öndərimizin rəhbərliyi dövründə 14 stansiya tikilib istifadəyə verilmişdir. “Nəsimi” sayca 21-ci stansiyadır.

X X X

Sonra dövlətimizin başçısı qatarla “Nəsimi” stansiyasından “Elmlər Akademiyası” stansiyasına yola düşdü.

Prezident İlham Əliyevə 1967-ci ildən istismarda olan Bakı metropoliteninin yeni inkişaf proqramı barədə ətraflı məlumat verildi. Bildirildi ki, hazırda metronun üçüncü növbəsinin Şimal sahəsində “Azadlıq prospekti” stansiyasının inşası davam edir. Ən yüksək səviyyədə yenidən qurulan “İçərişəhər” stansiyası da tezliklə açılacaqdır. “28 May” stansiyasının ikinci çıxışının tikintisi də başa çatır. Yeni avtovağzalın ərazisində metro stansiyasının tikintisi məqsədəuyğun sayılmışdır. 2025-ci ilə qədər metro stansiyalarının sayını 62-yə çatdırmaq nəzərdə tutulur. Oktyabrın 16-dan metropolitendə 30 cüt qatar xəttə buraxılacaq, bu da qatarların hərəkət intervalını iki dəqiqəyə endirilməsinə imkan verəcəkdir. Xüsusilə sərnişin axınının gur saatlarında qatarların sayı artırılacaqdır. Gələcəkdə Sumqayıt şəhərinə də metro xəttinin çəkilməsi planlaşdırılır.

Azərbaycan Prezidenti metropolitenin yeni inkişaf planının yerinə yetirilməsinə dövlət tərəfindən hər cür köməyin göstəriləcəyini vurğuladı, “Nəsimi” stansiyasının açılışı münasibətilə metro işçilərini bir daha təbrik etdi, onlara uğurlar arzuladı.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb