Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜLƏŞ ÜZRƏ MİLLİ KOMANDANIN ÜZVLƏRİNİ VƏ MƏŞQÇİLƏRİNİ QƏBUL ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV GÜLƏŞ ÜZRƏ MİLLİ KOMANDANIN ÜZVLƏRİNİ VƏ MƏŞQÇİLƏRİNİ QƏBUL ETMİŞDİR

Bakı, 7 aprel (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də güləş üzrə milli komandanın üzvlərini və məşqçilərini qəbul etmişdir.

Prezident İLHAM ƏLİYEV idmançılara müraciətlə dedi:

-Əziz dostlar, mən sizin hamınızı ürəkdən salamlayıram və hamınızı bu böyük tarixi qələbə münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bu, doğrudan da tarixi qələbədir. İlk dəfə olaraq Azərbaycan idmançıları, Azərbaycan güləşçiləri Avropa çempionatında belə böyük qələbə qazanırlar. 5 qızıl medal, 2 gümüş medal, 2 bürünc medal - doğrudan da böyük qələbədir, böyük zəfərdir. Siz bütün Azərbaycan xalqını sevindirmisiniz. Bu gözəl qələbə ilə hamımızı ruhlandırmısınız. Bir daha sübut etmisiniz ki, Azərbaycanın idman şöhrəti çox yüksək zirvədədir. Azərbaycan sözün əsl mənasında idman dövlətidir. Ölkəmizdə idmanın inkişafının çox gözəl nəticələri vardır. Onu da qeyd etmək istəyirəm ki, Avropa çempionatından bir qədər əvvəl İranda keçirilmiş Dünya kuboku yarışında da Azərbaycan güləşçiləri tarixi qələbə qazanmışlar. Dünya kubokunun sahibi olmuşlar, çox gərgin mübarizədə, çox çətin şəraitdə öz məharətlərini göstərmişlər. Avropa çempionatında əldə edilmiş qələbə və yenə də komanda hesabında birinci yeri tutması onu göstərir ki, Dünya kubokundakı qələbə heç də təsadüfi xarakter daşımırdı. Bu, Azərbaycanda idmanın güləş növündə son illər ərzində görülən böyük işlərin praktik nəticəsidir.

Mən xüsusilə Güləş Federasiyasının fəaliyyətini qeyd etmək istəyirəm. Hesab edirəm ki, qısa müddət ərzində bu idman növündə çox böyük və ümidverici dəyişikliklər baş vermişdir. Bu gün biz böyük qürur hissi ilə deyə bilərik ki, sərbəst güləş üzrə Azərbaycan dünya miqyasında birinci ölkədir.

Mən məşqçilərin fəaliyyətini xüsusi vurğulamaq istəyirəm. Güləş Federasiyasının işinin təkmilləşməsində, əlbəttə ki, məşqçilərin rolunu xüsusilə qeyd edirəm və onlara öz minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə ki, ilk növbədə, bu qələbə idmançıların qələbəsidir. İdmançılar öz zəhməti, öz peşəkarlığı ilə bu böyük qələbəni qazanmışlar. Bir də demək istəyirəm ki, bütün Azərbaycan xalqını sevindirmişlər. Keçən il yay Olimpiya oyunlarında bizim yunan-Roma güləşçilərimiz daha da böyük nəticələr göstərmişdilər. Bu dəfə sərbəst güləş üzrə komanda daha güclü çıxış etmişdir. Bu da yəqin ki, təbiidir. Çünki hər dövrün öz hökmü var. Ancaq bu onu göstərir ki, hər iki güləşdə Azərbaycanın potensialı çox böyükdür və biz bu qələbə ruhunu Azərbaycanda daha da geniş təbliğ etməliyik. Bu, eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında da çox böyük amildir. Litvada beş dəfə Azərbaycanın dövlət himni səslənmiş, Azərbaycanın dövlət bayrağı qaldırılmışdır. Bu yarışları izləyən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirirdi.

Dövlətimizin başçısı bir daha Avropa çempionatında qazanılan qələbənin Azərbaycanın idman tarixində bənzəri olmadığını, bu uğurun Avropanın və Azərbaycanın idman tarixinə həmişəlik daxil olduğunu bildirdi. Prezident İlham Əliyev güləşçilərimizin hər birinin çıxışını idman qəhrəmanlığı adlandırdı, ölkəmizdə idmana kütləvi marağın olduğunu vurğuladı.

Güləş Federasiyasında aparılan işləri və məşqçilərin fəaliyyətini bir daha yüksək qiymətləndirən dövlətimizin başçısı dedi ki, mən idmançılarımıza da, məşqçilərimizə də inanırdım və Litvada qazanılan qələbə bu inamın əsaslı olduğunu göstərdi.

Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz kimi, idmanımız da çoxmillətlidir. Biz ölkəmizdə bir çox millətlərə mənsub insanların bir ailə kimi, dostluq və qardaşlıq şəraitində yaşaması ilə fəxr edirik və uğurlarımızda bu amilin də böyük əhəmiyyəti vardır.

Sonra sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi FİRDOVSİ UMUDOV görüşdə çıxış edərək dedi:

-Cənab Prezident, Sizə öz adımızdan, məşqçilər korpusu adından, idmançılarımız adından öz minnətdarlığımızı bildiririk. Biz həmişə - istər Dünya kuboku yarışlarında, istərsə də Avropa çempionatında Sizin diqqət və qayğınızı hiss etmişik.

Doğrudan da, son illər Azərbaycan idmanı, Azərbaycan güləşi öz yüksəliş dövrünü yaşayır. Bu da həqiqətən Sizin bizə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Güləşçilərimiz də həmişə döşək üzərinə, xalça üzərinə çıxanda Sizin bizə olan isti münasibətinizi xatırlayırlar. Doğrudan da, son illər Güləş Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin birgə səyləri nəticəsində istər təlim-məşq toplanışlarının keçirilməsi, istər bazalarımızın olması baxımından heç bir problemimiz yoxdur. 1991-92-ci illərdə bunları, bugünkü nəticələrimizi yalnız xəyalımızda təsəvvür edə bilərdik. İndi bu xəyallar gerçəkləşibdir.

Çalışacağıq ki, qazanılan nəticələri qoruyub saxlayaq. Bizim hədəfimiz London Olimpiya oyunlarıdır. Sizin Pekin Olimpiya oyunlarından öncə idmançılara verdiyiniz tövsiyə hər zaman yaddaşımızdadır ki, birinci növbədə siz Azərbaycanı, Azərbaycanın bayrağını, Azərbaycanın himnini fikirləşməlisiniz. Biz çalışacağıq ki, Sizin bu sözlərinizi hər zaman yadda saxlayıb, gələcək beynəlxalq yarışlarda, - Avropa və dünya çempionatlarında və əsas hədəfimiz olan London Olimpiya oyunlarında da uğurla çıxış edək.

Milli komandamızın kapitanı XETAQ QAZYUMOV qazanılmış qələbələrdə dövlət başçısının dəstəyini həlledici amil kimi qiymətləndirdi:

-Cənab Prezident, Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafına verdiyiniz töhfələrə görə Güləş Federasiyası və güləşçilər adından Sizə minnətdarlığımızı bildiririk. Heç bir dövlət başçısı idmanın inkişafına Sizin qədər diqqət yetirmir. Biz bunu yüksək qiymətləndirir və Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Sizə bir daha “Çox sağ olun!” deyirik və Sizi yeni qələbələrlə sevindirməyə çalışacağıq.

X X X

“Bu qələbə gələcək uğurlarımız üçün baza olacaq” deyən Prezident İlham Əliyev idmana bundan sonra da qayğı göstəriləcəyini, bunun Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu dedi.

Dövlətimizin başçısı komandanın üzvləri olan qızların qələbəsini xüsusi vurğuladı. Bildirdi ki, bu, əslində, Güləş Federasiyasının fəaliyyətində yeni, həm də uğurlu elementdir. Əldə olunan uğurlar, ilk növbədə, ölkəmizdə gedən inkişafın nəticəsidir”. Prezident İlham Əliyev idmançıların hamımızın fəxri olduğunu vurğuladı və onlara yeni qələbələr arzuladı.

Görüş iştirakçıları Prezident sarayının qarşısında dövlətimizin başçısı İlham Əliyevlə xatirə şəkli çəkdirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir YENİLƏNƏCƏK

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Ekoloji təhlükəsiz şəhərlər üçün innovativ həllər: Beynəlxalq elmi simpozium

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 313 min fermerin reytinqi qiymətləndirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb

AQEM çərçivəsində Azərbaycanın artan rolu: Bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf – TƏHLİL

Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub

Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə

Beynəlxalq Muğam Mərkəzində konsert: 95 illik sənət yolu, bir orkestrin musiqi yaddaşı

İcraçı direktor: İnklüzivliyi bərabər imkan kimi qiymətləndiririk

AzTU-nun müəllimi Macarıstan universitetində tələbələrə mühazirə oxuyub

Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatı əldə edib

Kristalina Georgiyeva: Səudiyyə Ərəbistanına hücumlar bütün dünyaya mənfi təsir göstərə bilər

Azərbaycanda suvarmanın idarə edilməsində rəqəmsal imkanlar genişləndirilir

Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər

İlhamə Qədimova: Aqrar Süni İntellekt layihəsində bitki sağlamlığı üzrə yeni həllər tətbiq edilir

Baş direktor: Autizmli şəxslərə və onların ailələrinə anlayışla yanaşmaq hər birimizin məsuliyyətidir

Nazir müavini: Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb

ADAU-da əcnəbi tələbələrə hüquq və vəzifələri barədə məlumat verilib

Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib

Kənd Təsərrüfatı Nazirliyi 33 süni intellekt və rəqəmsal həll hazırlayacaq

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

® “İrşad”da “Yaşıl Cümə” günləri başlayır: 10 günlük xüsusi endirimlər və sərfəli təkliflər VİDEO

BSU-nun rektoru: İnklüziv təhsil gənclərimiz üçün imkanların yaranması baxımından mühüm əhəmiyyət daşıyır

Yəmən hökuməti Taiz şəhərindəki mühasirənin aradan qaldırılması üçün BMT-yə çağırış edib

AGMA: Məktəblərdə vahid geyim qaydalarına riayət olunması vacibdir

Azərbaycan Astanada keçirilən qadın aqrar biznesinin inkişafı üzrə beynəlxalq seminarda təmsil olunur

Şri-Lankada hər il orta hesabla 138 nəfər fillərin hücumu nəticəsində həyatını itirir

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

İtaliya Silahlı Qüvvələrinin hərbi qulluqçuları Azərbaycana səfər ediblər

Regional Turizm Şuralarının iclasları təşkil olunub

Azərbaycanın qadın güləşçisi U-23 dünya çempionatının finalına yüksəlib

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Türkiyə klubları avrokuboklarda növbəti oyunlarına çıxacaq

Azərbaycan avarçəkənləri beynəlxalq yarışda 4 medal qazanıblar

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

Aytən Eynalova: İnklüziv məşğulluq hamımızın ortaq məsuliyyətidir

ABŞ İrana kəşfiyyat məlumatları ötürən gəmini vurduğunu açıqlayıb

Çexiya ilə nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb

Çempionlar Liqasında tarixi hesab qeydə alınıb

Qobustanda müşavirə: YAP-ın VIII Qurultayının qərarları və qarşıda duran hədəflər

Almaniyada uşaqların sosial şəbəkələrdən istifadəsinə yaş məhdudiyyətinin tətbiqi planlaşdırılır

“Mən "qospodin Vekilov" yox, Səməd Vurğunam”... - bir mübarizənin tarixçəsi

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb VİDEO

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub VİDEO

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər