RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAASKİVİ CƏMİYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAASKİVİ CƏMİYYƏTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞMÜŞDÜR](/files/2008/2/1200x630/14864535783750030119_1200x630.jpg)
Xəbər verdiyimiz kimi, mayın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Helsinkidə Paaskivi Cəmiyyətinin üzvləri ilə görüşü olmuşdur.
Cəmiyyətin sədri professor MİKKO VİİTASALO dövlətimizin başçısını salamlayaraq dedi:
-Zati-aliləri cənab Prezident!
Hörmətli nazirlər!
Hörmətli qonaqlar və Paaskivi cəmiyyətinin üzvləri!
Hörmətli xanımlar və cənablar!
Azərbaycan Prezidenti cənab İlham Əliyevi və nümayəndə heyətini burada Paaskivi cəmiyyətində səmimiyyətlə salamlamaqdan böyük şərəf hissi duyuram. Bir cəmiyyət kimi biz çıxışınız üçün məhz buranı seçdiyinizə görə Sizə minnətdarıq və bundan məmnunuq. Cəmiyyəti birləşdirən əsas məqsəd bizim hamımızın beynəlxalq məsələlərə olan marağıdır. Bu səbəbdən çıxışınızı böyük maraqla gözləyirik. Biz Qafqazdakı siyasi vəziyyəti davamlı şəkildə izləmişik. Ötən il Gürcüstan Prezidenti cənab Mixail Saakaşvili cəmiyyətimizdə çıxış edərək, ölkəsində olan vəziyyəti, digər qonşu ölkələrlə olan münasibətləri təsvir etdi. İnanırıq ki, Sizin çıxışınız nəinki ölkənizdə, o cümlədən bütün Qafqazda siyasi vəziyyətlə daha yaxşı tanış olmaq üçün bizə bir çox məlumatlar verəcəkdir. Statistik göstəricilərə görə, ölkənizin iqtisadiyyatı olduqca sürətlə inkişaf edir. Xəzərin neft ehtiyatları və uğurlu boru kəmərləri layihələri nəticəsində ÜDM sabit şəkildə artmaqdadır. Bu, yaxşı məlumatdır, çünki güclü iqtisadiyyat sülhün əsasıdır, böyük maliyyə vəsaitləri isə, cəmiyyətin bütün sahələrini inkişaf etdirmək imkanını yaradır. Biz, Paaskivi Cəmiyyətində, əminik ki, Sizin rəhbərliyiniz altında ölkənizin xoşbəxt gələcəyi var.
Cənab Prezident, çıxışımın sonunda mən Sizə, ailənizə, ölkənizə və bütün xalqınıza gələn illər ərzində ən böyük uğurlar arzulayıram və sözü Sizə verirəm.
X X X
Dövlətimizin başçısı görüşdə geniş nitq söylədi.
######
![]() |
![]() |
![]() |
![]() |