AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAYTAXTA GƏTİRİLƏN YENİ SƏRNİŞİN AVTOBUSLARINA BAXMIŞDIR
Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, sərnişinlərə nümunəvi nəqliyyat xidmətinin göstərilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində paytaxta yeni sərnişin avtobusları gətirilmişdir.
Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Azadlıq meydanında yeni avtobuslara baxmışdır.
Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına əvvəlcə paytaxtda avtobusların yeni marşrut sxemləri barədə məlumat verdi. Bildirildi ki, indiyə qədər Bakıya 200 ədəd Daewoo markalı, 100 ədəd Çin və ABŞ birgə istehsalı olan avtobuslar, 40 ədəd MAN, 20 ədəd MAZ markalı avtobuslar gətirilmişdir. Bundan əlavə, müxtəlif şirkətlər tərəfindən gətirilmiş 100-dən çox orta tutumlu avtobus sərnişinlərə xidmət edir. Yeni avtobusların marşrutlara buraxılması sərnişinlərə xidmətin səviyyəsini yüksəltməklə yanaşı, şəhərdə tıxacların aradan qaldırılmasına da kömək edir.
Prezident İlham Əliyev yeni gətirilmiş 6 ədəd MAN və 31 ədəd Daewoo markalı avtobuslara baxdı, sərnişinlərə daha yaxşı, nümunəvi nəqliyyat xidməti göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.
######
![]() |
![]() |
![]() |
![]() |



