Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QALA ARXEOLOJİ-ETNOQRAFİK MUZEY KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QALA ARXEOLOJİ-ETNOQRAFİK MUZEY KOMPLEKSİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində iştirak etmişdir.

Qala kəndinin sakinləri Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı ehtiramla qarşıladılar. Milli geyimli oğlan və qız onlara gül dəstələri təqdim etdilər.

Prezident İlham Əliyev kompleksin açılışını bildirən rəmzi lenti kəsdi.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən yeni layihə Azərbaycanın tarixi keçmişinin qorunub saxlanması ilə yanaşı, ölkəmizin turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edəcəkdir. Burada hələ 1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya qoruğu yaradılmışdır. Qoruğun 156 hektar sahəni əhatə edən ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədər dövrə aid kurqanlar, sərdabalar, yaşayış evləri, 4 ovdan, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. var. Bu abidələrin qorunması, eləcə də Abşeronda aşkar edilən arxeoloji tapıntılar hesabına qoruğun daha da zənginləşdirilməsi məqsədi ilə 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. İki hektar ərazisi olan muzey kompleksdə Abşeron yarımadasında tapılmış və eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.

Prezident İlham Əliyev əvvəlcə muzey kompleksinin yerləşdiyi ərazinin ilkin və indiki görünüşünə, Qala kəndinin 1916 və 1938-ci illərdə çəkilmiş planına, kəndə gələn yolların sxeminə, Abşeronun arxeoloji-etnoqrafik abidələrinin, XIII-XIV əsrlərə aid Qala və Mərdəkan qəsrlərinin, Buzovna, Şağan, Zirə və Türkan kəndlərindəki qədim yaşayış evləri, məscid, türbə, qəsr, qala, qəbirstanlıq və s. fotoşəkillərinə baxdı.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov muzey kompleksinin yaradılması və fotoşəkillər barədə məlumat verdi.

Dövlətimizin başçısı və xanımı muzey kompleksini gəzdilər, buradakı eksponatlarla tanış oldular.

“Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev məlumat verdi ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycan ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Tarixi abidələr baxımından Abşeron yarımadasının da xüsusi yeri vardır. Abşeron yarımadasının şimal-şərqində yerləşən Qala qəsəbəsində və ona bitişik ərazidə 215 memarlıq və arxeoloji abidə mövcuddur. Abidələrin öyrənilməsinə ötən əsrin 60-cı illərində başlanılmışdır. Qayaüstü rəsmlər mövzusu və süjetlərinə görə çox rəngarəngdir. Burada ov, insanı qurban vermə, nikah, astronomik rəmzlər və sair səhnələr təsvir olunmuşdur. Qayaüstü təsvirlərdə, həndəsi, xonça görünüşlü nişanlar mühüm yer tutur. Dübəndi, Türkan kurqanlarındakı antropomorf heykəlləri bəzi mütəxəssislər ölənlərin ruhunu axirət dünyasına yola salan ölüm Allahı ilə eyniləşdirirlər. Bu kurqanlar yalnız dəfn abidələri deyil, həm də qədim Azərbaycan tayfalarının maddi və mənəvi mədəniyyətinin öyrənilməsi üçün zəngin mənbədir.

Prezident İlham Əliyev dedi ki, Qobustanı çox adam tanıyır, o, ölkə daxilində və dünyada tanınır. Çünki qoruqdur. Amma Qala qəsəbəsində belə yer qədim mədəniyyətimizin bir əsəridir, onu göstərir ki, qədim dövrlərdə insanlar necə yaşamışlar. Gərək bura muzey kimi daim fəaliyyət göstərsin.

Muzey komplekslə tanışlıq zamanı Azərbaycanın ən qədim sənətkarlıq növlərindən sayılan dulusçuluq emalatxanaları da maraq doğurdu.

Dövlətimizin başçısı qədim abidələrdən olan Qavaldaşa, Şüvəlan, Ağdaş düzü, Xaşaxuna, Zirə yaşayış məskənlərinin planına, qədim toyxana yerinə, tacir evinin maketinə, məşhur Qala qoyunlarına, dəvələrə, Dübəndi və digər ərazilərdə arxeoloji qazıntılar zamanı aşkar olunmuş tapıntılara, qədim qəbiristanlıqdakı abidələrə də baxdı.

Muzey kompleksinin inzibati binası ilə tanış olduqdan sonra Prezident İLHAM ƏLİYEV qəsəbə sakinləri ilə görüşüb söhbət etdi:

- Sizi Qala muzey kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Çox gözəl muzeydir, kəndin qədim tarixini əks etdirir. Həm qədimliyi saxlayır, həm də burada bütün işlər ən müasir üsullarla görülübdür, abadlıq işləri aparılıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan nə qədər zəngin tarixə, mədəniyyətə malikdir. İnsanlar burada əsrlər boyu yaşamışlar, yaratmışlar və bizim borcumuzdur ki, bütün tarixi-mədəni irsimizi qoruyaq və gələcək nəsillər üçün saxlayaq.

Əminəm ki, bura Qala sakinləri üçün çox gözəl bir yer olacaqdır, burada insanlar istirahət edəcəklər. Eyni zamanda, ölkəmizə gələn xarici qonaqlar üçün də burada çox maraqlı bir ekspozisiya nümayiş etdiriləcəkdir.

AĞAVERDİ BƏDƏLOV (qəsəbə ağsaqqalı): Hörmətli, sevimli Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım, Sizi qalalılar adından, qəsəbə sakinləri adından salamlayırıq. Sizə “Xoş gəlmisiniz!” deyirik. Vallah, əgər bir neçə il bundan əvvəl Qaladan çıxmış insan indi gəlib buranı belə görsə tanımaz. Elə bilər ki, başqa ölkəyə düşübdür. Sizin zəhmətinizlə, rəhbərliyiniz altında respublikanın hər yerində olduğu kimi, bizim rayonda da çox işlər görülür. Qalada belə bir muzeyin açılmasında da Sizin xidmətləriniz çox böyükdür. Bu yaxınlarda Zirəyə açılışa getmişdik. Zirə geridə qalmış bir yer idi. İndi hamı deyir ki, ora şəhərdir. Mən özüm də bunu deyirəm. Şüvəlan, Mərdəkan da həmçinin. Mərdəkan-Şüvəlan yolu asfaltlanmış, genişləndirilmiş, gözəl olmuşdur. Allah Sizin canınızı sağ eləsin.

İnanın ki, bütün camaat bu işlərlə fəxr edir. Bunlar yalnız Sizin zəhmətinizdir. Ona görə Sizə minnətdarlığımızı bildirir, uğurlar arzu edirik.

İLHAM ƏLİYEV: Bu gözəl tarixi-etnoqrafiya muzeyi Heydər Əliyev Fondu tərəfindən yaradılıbdır. Çox böyük zəhmət qoyulubdur. Eyni zamanda, siz qeyd etdiyiniz kimi, Qala kəndinin ümumi inkişafı üçün də çox böyük işlər görülür: yollar, tibb məntəqələri, uşaq bağçası. Yəni insanların yaxşı yaşaması üçün nə lazımdırsa, Azərbaycan dövləti onu da edir və edəcəkdir. Bilirsiniz ki, Azərbaycanda sosial məsələlərin həlli ilə bir tərəfdən Azərbaycan dövləti, digər tərəfdən də Heydər Əliyev Fondu çox ciddi məşğuldur. Heydər Əliyev Fondunun həm bizim mədəni irsimizin qorunması, həm də səhiyyə, təhsil, mədəniyyət məsələlərinin həlli işində çox böyük fəaliyyəti var. Bütün bu işlərin görülməsi bir daha onu göstərir ki, Azərbaycan çox sürətlə inkişaf edir. İnsanların yaxşı yaşaması üçün hər şey təmin edilir. Eyni zamanda, bizim zəngin və qədim tariximizin qorunması üçün tədbirlər görülür. İndi Azərbaycanda - həm Bakıda, həm də başqa şəhərlərdə muzeylər, bizim bütün tarixi abidələrimiz bərpa olunur. Biz bunu gələcək nəsillər üçün qorumalıyıq, saxlamalıyıq. Çünki bu, xalqımızın mədəniyyətini əks etdirir, bizim tariximizi əks etdirir.

Azərbaycan xalqı çox böyük mədəniyyətə malikdir. Bizim çox zəngin tariximiz var. Ancaq son 17 il ərzində müstəqil dövlət kimi yaşayırıq və Azərbaycanı dünyada tanıtmaq üçün hələ biz çox iş görməliyik. Bizim mədəniyyətimizi, ənənələrimizi, Azərbaycan xalqının çox böyük istedada malik olmasını dünyada nümayiş etdirməliyik. Əlbəttə ki, ölkəmizin gələcəyi üçün, gənc nəslin vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə olunması üçün belə gözəl muzeylərin yaradılması və bərpası çox böyük əhəmiyyət kəsb edir.

Bununla bərabər, bir daha demək istəyirəm ki, bütün sosial məsələlər - məktəblər, tibb məntəqələri, xəstəxanalar, uşaq bağçaları, yollar, elektrik, qaz, su xətləri - bütün bunlar kompleks şəkildə icra olunmalıdır. Hər bir kəndin problemi öz həllini tapmalıdır. Belə olan halda, bütün ölkədə problemlər həll olunacaqdır. Bilirsiniz, həm Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi proqram icra olunur, həm də bu işlər regionlarda, yəni hər yerdə gedir və gələcək illərdə də gedəcəkdir.

Sizə uğurlar arzulayıram. Sağ olun.

                                                          X X X

Kənd sakinləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xanımına təşəkkürlərini bildirdilər.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırıla bilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb