Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI

- Əvvəlcə, mən zirvə görüşünün əla təşkil olunmasına və bizə göstərilmiş qonaqpərvərliyə görə Prezident Saakaşviliyə öz minnətdarlığımı bildirirəm və onu təbrik edirəm.

Bu tədbir təşkilatımızın inkişafında vacib bir mərhələ oldu. Azərbaycan ötən il Bakıda GUAM-ın sədrliyini qəbul etdi və biz son bir il ərzində əldə olunmuş nailiyyətləri müzakirə etdik. Bu müddətdə təşkilat daha səmərəli fəaliyyət göstərmişdir. Üzv ölkələr arasında, o cümlədən zirvə görüşündə qonaq qismində iştirak edən ölkələr arasında münasibətlər uğurla inkişaf edir. Bu gün əminliklə deyə bilərik ki, GUAM səmərəli beynəlxalq təşkilata çevrilib. Biz bir-birimizə beynəlxalq səviyyədə və təşkilatlar çərçivəsində dəstək veririk. Biz hər zaman bir-birimizə yardım etməyə çalışırıq. Bir çox halları nümunə kimi gətirə bilərik ki, ölkələrimiz arasında praktiki əməkdaşlıq qarşılıqlı fayda vermişdir. Biz bir-birimizə bütün siyasi işlərimizdə güclü dəstək veririk. Bu gün mən geniş iclas zamanı bildirdim və yenə də bildirmək istəyirəm ki, Azərbaycan BMT-nin Baş Məclisində ölkəmizin işğal olunmuş əraziləri ilə bağlı irəli sürdüyü qətnaməyə dəstək vermiş bütün ölkələrə olduqca minnətdardır. GUAM-ın bütün üzvləri həmin qətnamənin lehinə səs vermişlər. Eyni birlik və həmrəyliyi biz, həmçinin Gürcüstanın öz ərazi bütövlüyü ilə bağlı qətnaməsi irəli sürüləndə gördük.

Regional təhlükəsizlik məsələlərinə göz yummaq olmaz. Çünki gələcək inkişafımız, iqtisadi və sosial tərəqqi məhz regional təhlükəsizlik məsələsindən asılıdır. Bu gün ölkələrimizin ərazi bütövlüyü pozulub. Gürcüstan və Azərbaycan etnik təmizləmə siyasətindən əziyyət çəkir. Bu siyasətin nəticəsində yüz minlərlə vətəndaşımız məcburi köçkün vəziyyətinə düşmüşdür. Onlar mülkiyyətindən, adi insan hüquqlarından məhrum olmuşlar. Bu gün bir milyon insan təcavüz, işğal, separatçılıq və ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Biz ərazi bütövlüyünün bərpa edilməsi səylərində həmrəyik. Azərbaycanda biz məsələni siyasi yolla həll etməyə çalışırıq. Lakin onun həlli yalnız ərazi bütövlüyü prinsipi və beynəlxalq hüquq normaları əsasında tapılmalıdır. Eyni zamanda, biz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əlimizdən gələni edirik. Bu səbəbə görə, regional təhlükəsizlik məsələsi böyük diqqət tələb edir. Bugünkü sammitdə qəbul olunmuş sənədlər ölkələrimiz arasında gələcək əməkdaşlıq üçün çox əhəmiyyətlidir.

Artıq dostum Prezident Saakaşvilinin qeyd etdiyi kimi, bu gün səhər biz Batumidə yaşayan bir gürcü ailəsinə baş çəkdik. Bizim çox səmimi görüşümüz oldu. Mən bunu mərasim yox, məhz görüş adlandırıram. Bu, adi ailənin prezidentlər ilə keçirdiyi səmimi görüşü idi. Azərbaycan qazı artıq Batumiyə çatmışdır. Bu, tarixi hadisədir. Bu, tarixdə ilk dəfə idi ki, baş verirdi, çünki bildiyimə görə, əvvəllər bu yerlərdə qaz olmamışdır. Beləliklə, bundan sonra Batumi və onun ətraf yerlərində yaşayan sakinlər təbii qaz almağa başlayacaqlar. Bu, yalnız Gürcüstan ilə Azərbaycan arasında aparılan əməkdaşlıq sayəsində mümkün olmuşdur.

Əməkdaşlığımız iqtisadiyyatımıza, siyasi inteqrasiyamıza və təhlükəsizliyimizə, o cümlədən regional əməkdaşlığa böyük təsir göstərir. Biz regionda böyük enerji layihələrini birgə həyata keçirmişik. Əməkdaşlıq regionda siyasi münasibətlər sisteminə güclü təsir göstərir. Artıq sirr deyil ki, enerji təhlükəsizliyi beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilir. Müttəfiqlər, tərəfdaşlar və dost ölkələr kimi Gürcüstan ilə Azərbaycan enerji təhlükəsizliyi işinə böyük töhfə verirlər. Başladığımız layihələr uğurla həyata keçirilib. İndi isə, gündəlikdə daha geniş əməkdaşlığı nəzərdə tutan yeni layihələr var. Hazırda biz Odessa-Brodı-Qdansk layihəsi üzərində Polşa, Ukrayna və Litvada olan dostlarımızla birgə işləyirik.

Əminəm ki, irəli sürdüyümüz təşəbbüslər sayəsində bir çox ölkələr əhatə olunacaqdır. Beləliklə, regional əməkdaşlıq regionlar arasında tərəfdaşlığı daha da gücləndirəcəkdir. Bu gün biz artıq bəyan edirik ki, Xəzər dənizi-Qara dəniz-Baltik dənizi regionu enerji təhlükəsizliyinin, nəqletmə marşrutlarının, yeni dəhlizlərin, xalqlar və ölkələr arasında əlaqələrin təşviq olunmasında səylərini birləşdirir. Bu, müxtəlif regionda yerləşən ölkələrin birləşməsini nümayiş etdirən əla nümunədir.

GUAM bu əməkdaşlıq üçün çox münasib formatdır. Mən GUAM-ın gələcəyinə inanıram. Əminəm ki, Gürcüstanın təşkilatdakı sədrliyi çox uğurlu olacaq. Gələn birillik dövr ərzində nailiyyətlərimiz daha çox olacaq və bunun nəticəsində tərəfdaşlıq və əməkdaşlığımız güclənəcəkdir.

Mən bütün gürcü xalqına dərin dostluq və qardaşlıq hisslərimi ifadə etmək istəyirəm. Xalqlarımız arasında olan münasibətlərin böyük tarixi var. Bu, dostluq və əməkdaşlıq tarixidir. Biz xoşbəxtik ki, bizim nəsil müstəqil ölkələrdə yaşayır. Əsrlər boyu ata-babalarımız xalqlarımızı müstəqil görmək arzusu ilə yaşayıblar, buna çalışıblar. İndi isə, biz bunu görürük. Hazırda biz həmin müstəqilliyimizi və tərəfdaşlığımızı möhkəmləndirmək üçün çalışmalıyıq.

Mən dostum Mixeil Saakaşviliyə qonaqpərvərliyə və əla təşkilatçılıq işlərinə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, bu zirvə görüşü böyük uğurla nəticələndi və gələcəkdə bir çox görüşləri səmimiyyətlə arzulayıram.

Təşəkkür edirəm.

X X X

Mətbuat konfransında Polşa Prezidenti Lex KAÇİNSKİ çıxış edərək GUAM-la əməkdaşlığın ölkəsi üçün böyük önəm daşıdığını qeyd etdi, enerji sahəsində əməkdaşlığın əhəmiyyətini vurğuladı. GUAM dövlətlərinin Avropa strukturlarına inteqrasiyasını dəstəklədiyini bildirdi, iqtisadi əlaqələrin inkişafına tərəfdar olduğunu söylədi. Polşa Prezidenti qeyd etdi ki, onun ölkəsi GUAM dövlətlərinin ərazi bütövlüyünü dəstəkləyir. Bu ölkələrin ərazi bütövlüyünün pozulması yolverilməzdir.

Litva Prezidenti Valdas ADAMKUS çıxış edərək GUAM-ın əməkdaşlıq baxımından əhəmiyyətini vurğuladı, müasir dövrdə münaqişələrin, dövlətin ərazisinin güc yolu ilə tutulmasının yolverilməz olduğunu bildirdi. V.Adamkus münaqişələrin həllinin regionun daha da çiçəklənməsinə və inkişafına şərait yaradacağını qeyd etdi.

Sonda GUAM-ın baş katibi Valeri ÇEÇELAŞVİLİ bəyanatla çıxış etdi. O, Azərbaycanın sədrliyi dövründə GUAM-ın xeyli inkişaf etdiyini, fəaliyyətinin genişləndiyini bildirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb