Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI

Ən əvvəl istərdim ki, Avropa Birliyinə məni dəvət etdiyinizə görə minnətdarlığımı bildirim. Azərbaycanın Avropa strukturlarına inteqrasiya strategiyası davam edir. Bugünkü səfər bu strategiyanı bir daha təsdiq edir. Biz bu seçimi 10 il əvvəl etmişik. Azərbaycan Avropaya fəal inteqrasiya istiqamətində sürətlə irəliləyir. Avropa Birliyinin Cənubi Qafqaz məsələləri ilə məşğul olan xüsusi nümayəndəsinin təyin edilməsi və xüsusilə də yeni “qonşuluq siyasəti”ndə Cənubi Qafqaza ayrılan diqqət göstərir ki, Avropa Birliyi bizim regionda təmsil olunmuş ölkələrlə əlaqələrə xüsusi əhəmiyyət verir.

Azərbaycan iqtisadiyyatın inkişafı sahəsində böyük addımlar atmışdır. Biz ölkəmizdə siyasi, sosial və iqtisadi islahatlar keçiririk. Azərbaycandakı vəziyyət hər il yaxşılığa doğru dəyişir. Biz enerjidaşıyıcılarının inkişafı, nəqli məsələlərini, həm də Avropa Birliyi ilə Azərbaycan arasında münasibətləri və əlbəttə ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məsələləri müzakirə etdik. Əsas müzakirə mövzularının biri elə bu idi. Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması siyasətini davam etdirmək niyyətindədir. Amma eyni zamanda, bu həll yolu beynəlxalq hüququn hamı tərəfindən tanınmış və qəbul olunmuş prinsiplərinə əsaslanmalıdır. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Minsk qrupunun münaqişəni həll etməkdə vasitəçilik mandatı var, biz bu qrupun daha fəal iştirakına ümid bəsləyirik. Ümid edirik ki, Minsk qrupu məsələnin həlli yolunun axtarılmasını davam etdirəcəkdir. Amma eyni zamanda, Azərbaycan digər Avropa qurumlarının və ilk növbədə, Avropa Birliyinin bu məsələdə daha fəal mövqe tutacağına da ümid bəsləyir. Biz özümüzü Avropanın bir hissəsi hesab ediriksə, həm Azərbaycan, həm də Ermənistan bu yeni “qonşuluq siyasəti”nin çərçivəsindədirsə, bir ölkənin digər ölkənin ərazilərini işğal etməsinə son qoyulmalıdır. Bu, Avropa ailəsinə xas olan davranış tərzi deyildir. Hər bir ölkə digər ölkələrin ərazi bütövlüyünü tanımalıdır. Əlbəttə ki, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılması məsələnin sülh yolu ilə həllinin əsas şərtlərindən biridir. Bir daha Avropaya inteqrasiya siyasətimizi təsdiq etmək istəyirəm. Ümidvaram ki, Avropanın bütün ölkələrinin naminə münasibətlərimiz gələcəkdə davam etdiriləcəkdir.

Sağ olun!

X X X

Sonra jurnalistlərin suallarına cavab verildi.

SUAL: Nəyə görə Avropa Birliyi Cənubi Qafqazda mövcud olan separatizmə diqqət yetirmir? Avropa Birliyi Dağlıq Qarabağ məsələsinin həllində hansı rolu oynaya bilər?

ROMANO PRODİ: Biz bu məsələni sadədən mürəkkəbədək ətraflı müzakirə etmişik. Belə münaqişənin mövcudluğundan təəssüflənirik. Ümumiyyətlə, “qonşuluq siyasəti”ndə bu 3 ölkəni görmək istəməyimiz o deməkdir ki, onların arasında münaqişə olmasını istəmirik. Nəyi bacarırıqsa edəcəyik ki, münaqişələr həll olunsun. Bu işlə məşğul olan xüsusi qrup var - Minsk qrupu. Biz istəməzdik ki, onların işinə qarışaq. Onları narahat etmək istəmirik, amma təzyiq edəcəyik. Çünki neçə ildir ki, bu işlə məşğul olurlar, amma nəticə yoxdur. Avropa Birliyi məsələnin həllini təcili hesab edir. Əgər bizdən xahiş olunarsa, bizə müraciət edilərsə, biz sizin ixtiyarınızdayıq. Əlbəttə ki, bizə məsələnin həllini sürətləndirməklə bağlı müraciət olunarsa.

SUAL: Cənab Prodi, Sizin iştirakınızla bağlı kim müraciət etməlidir? Ermənistan və Azərbaycanın “qonşuluq siyasəti”nə cəlb olunmasından əvvəl Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həll edilməsi ilə bağlı Prezident İlham Əliyevin bəyanatına münasibətiniz necədir?

Prezident Əliyev, Dağlıq Qarabağla bağlı son görüşlərdən sonra atılacaq addımlar necə olacaq?

ROMANO PRODİ: Biz detallara varmamışıq. Amma arzumuzu ifadə etmişəm ki, hər iki ölkənin sərəncamındayıq və kömək edə bilərik. Bu mərhələdə müsbət təklif verə bilmirik. Sadəcə, tərəfləri razılığa çağırırıq və deyirik ki, müraciət olunarsa, ixtiyarınızdayıq. Elə bilirəm ki, bunun özü elə bizim tərəfimizdən müsbət addımdır. Münaqişədə olan ölkələrin siyasi müstəqilliyinə və seçiminə göstərdiyimiz hörmətdir.

İLHAM ƏLİYEV: Mən elə bilirəm ki, sülh dialoqunun davam etdirilməsi üçün Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin görüşləri vacibdir. Dialoqun davamı yaxşı göstəricidir. Amma eyni zamanda, biz həmişə deyirik ki, danışıqlar yalnız danışıq obyekti ola biləcək halda aparıla bilər. Gündəlikdə müzakirə olunacaq mövzu yoxdursa, biz düşünmürük ki, yalnız danışıqlar xatirinə və yaxud da danışıqlar görüntüsü yaratmaq xatirinə danışıqları davam etdirmək lazımdır. Əgər müzakirə olunacaq məsələ varsa, danışıqlar prosesində olacağıq. Mən elə düşünürəm ki, xarici işlər nazirlərinin görüşləri mövzunu geniş səpkidə müzakirə etməyə imkan verir. Biz belə fikirdəyik ki, görüşlər davam etdirilməlidir və ümidvarıq ki, bu görüşlər nəticə verəcəkdir.

SUAL: Cənab Əliyevə sual. Cənab Prodi dedi ki, siz xahiş etsəniz Avropa Birliyi məsələ ilə məşğul olacaqdır. Nə zaman xahiş edəcəksiniz?

İLHAM ƏLİYEV: Biz artıq müraciət etmişik. Bugünkü görüş zamanı bir daha müraciət etdik. Əlbəttə, hamımız anlamalıyıq ki, Minsk qrupunun ATƏT-dən mandatı var və heç kim bu mandatı şübhə altına almır. Minsk qrupu məsələnin sülh yolu ilə həll olunması üçün mümkün yol axtarır. Eyni zamanda, biz düşünürük ki, Avropa qurumları, Avropa təşkilatları, - Avropa Birliyi, Avropa Şurası, habelə Avropa ictimai rəyi də prosesə qatıla, sülh yolu ilə həll tapmaq imkanlarına təsir edə bilər. Biz heç də nəzərdə tutmuruq ki, hansısa ölkə və yaxud da qurum Minsk qrupuna alternativ olacaqdır. Biz bu məsələyə geniş beynəlxalq diqqət ayrılmasını istəyirik. Sağ olun!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial, və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

AQTA: Sumqayıtda şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir – YENİLƏNİB 3 VİDEO

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH

Milli müdafiə sənayesinin inkişafı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır - ŞƏRH

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Fransada liseylərdə etirazlar davam edir VİDEO

Neft mikrobiologiyası və biotexnologiya sahəsində birgə layihələr nəzərdən keçirilir

Prezidentin köməkçisi: Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır

Hikmət Hacıyev: Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü

Tahir Budaqov: Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Şəkidə beynəlxalq teatr bayramı: 4 ölkənin teatr kollektivləri bir araya gəlib VİDEO

Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək

ABF rəsmisi: Yeni baş məşqçi qadın basketbolunun inkişafına mühüm töhfə verəcək

Pakistan Səudiyyə Ərəbistanını hər hansı hücumdan müdafiə etməyə hazırdır

Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib

Prezident: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

Salyanlı gənclərə rəqəmsal mühitdə gizli manipulyasiya və narkotik riskləri barədə məlumat verilib

Bu il məişət zorakılığından zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada VİDEO