AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ
GUAM ZİRVƏ GÖRÜŞÜNÜN GENİŞ İCLASI
Xəbər verdiyimiz kimi, iyulun 1-də Gürcüstanın Batumi şəhərindəki “İntourist Palace” mehmanxanasında GUAM zirvə görüşünün geniş iclası keçirilmişdir.
İclasda GUAM-ın üzvü olan ölkələrin dövlət başçıları - Azərbaycan Prezidenti İlham Əliyev, Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Ukrayna Prezidenti Viktor Yuşşenko və Moldovanın daxili işlər naziri Valentin Mejinski, habelə qonaqlar - Polşa Prezidenti Lex Kaçinski, Litva Prezidenti Valdas Adamkus, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Devid Merkel, Çexiyanın xarici işlər naziri Karel Şvartzenberq, Rumıniyanın, Yaponiyanın, Beynəlxalq Avtonəqliyyat İttifaqının, MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişlər.
Ümumiyyətlə, zirvə görüşündə müxtəlif ölkələrdən 25-dək nümayəndə iştirak etmişdir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili zirvə görüşünü açaraq iclasın iştirakçılarını salamladı.
GUAM-a sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyev zirvə görüşündə nitq söylədi.
######
