AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN İSTANBULA SƏFƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün iyunun 24-də İstanbula yola düşmüşdür.Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rəsizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.