Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfəri başa çatıb VİDEO
İslamabad, 1 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri martın 1-də başa çatıb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, İslamabad şəhərinin Bənazir Bhutto beynəlxalq aeroportunda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısını Pakistanın yüksək səviyyəli rəsmi şəxsləri yola saldılar.