Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ABŞ-IN VİTSE-PREZİDENTİ DİK ÇEYNİNİN GÖRÜŞÜ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ABŞ-IN VİTSE-PREZİDENTİ DİK ÇEYNİNİN GÖRÜŞÜ

Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və ABŞ-ın vitse-prezidenti Dik Çeyninin görüşü olmuşdur.

Prezident İLHAM ƏLİYEV hörmətli qonağı salamlayaraq dedi:

-Hörmətli cənab vitse-prezident!

Mən Sizi bir daha görməyimə şadam və Sizi Azərbaycanda salamlayıram. Biz Sizin səfərinizə böyük əhəmiyyət veririk. Bu gün ikitərəfləri münasibətlərimiz və regional vəziyyət barədə fikir mübadiləsi aparmaq üçün yaxşı imkanımız oldu. Bir daha bildirdik ki, ikitərəfli əlaqələrimiz uğurla inkişaf edir və bir çox yeni sahələri əhatə edir. Münasibətlərimizin artıq uzun tarixi var. Əlaqələrimiz, əsasən, enerji məsələlərindən başlanmışdır. Regionda həyata keçirdiyimiz enerji layihələri Amerika Birləşmiş Ştatlarının güclü dəstəyi və Azərbaycanın təşəbbüsü ilə başlamışdır. Bütün bu layihələr artıq reallaşmışdır. Bunlar, sözün əsl mənasında, uğurlu hadisələrdir.

Hazırda biz energetika sahəsində tərəfdaşlığın və enerji təchizatının şaxələndirilməsinin daha da inkişaf etdirilməsi üzərində çalışırıq. Bu, təkcə istehlakçılar üçün deyil, həmçinin Azərbaycan istehsalçıları üçün də vacibdir. Bundan sonra ölkələrimiz arasında münasibətlər digər müxtəlif sahələrdə də inkişaf etməyə başladı və hazırda əlaqələrimiz çox geniş formatı əhatə edir. Siyasi əlaqələrimiz uğurla inkişaf edir. Güclü iqtisadi münasibətlərimiz var. Təhlükəsizlik, müdafiə sahəsində əlaqələrimiz, beynəlxalq sülhməramlı əməliyyatlar sahəsində əməkdaşlığımız və sözsüz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi bizim üçün çox əhəmiyyətlidir.

Minsk qrupunun həmsədrlərindən biri kimi Amerika Birləşmiş Ştatları hər iki tərəfin münaqişənin həlli yollarını tapması işinə kömək göstərilməsində vacib rol oynayır. Lakin əlbəttə ki, digər münaqişələr kimi, bu münaqişənin həlli də beynəlxalq hüquq normalarına əsaslanmalıdır. Azərbaycanın, regionun və dünyanın bütün ölkələrinin ərazi bütövlüyünə hörmət edilməsi şərti ilə.

Əlbəttə ki, burada regional vəziyyət də müzakirə olundu. Bildiyiniz kimi, Azərbaycan böyük regional əhəmiyyət daşıyan, hətta ola bilsin, daha geniş məkanı əhatə edən bir sıra layihələrin təşəbbüskarıdır. Bütün bu layihələrin həyata keçirilməsində Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında münasibətlər çox mühüm, hətta mən deyərdim, həlledici rol oynayır. Bu günə qədər əməkdaşlığımız uğurla gedir və planlaşdırdığımız işləri həyata keçirə bilmişik. Əminəm ki, Birləşmiş Ştatlarla Azərbaycan arasında, eləcə də digər regional ölkələrlə güclü tərəfdaşlıq gələcəkdə daha çox müvəffəqiyyətlərin əldə olunması, təhlükəsizlik tədbirlərinin, sülhün, sabitliyin və rifahın daim möhkəmləndirilməsi ilə nəticələnəcəkdir.

ABŞ-ın vitse-prezidenti DİK ÇEYNİ təşəkkür edərək dedi:

-Çox sağ olun, Sizi bir daha görməyimə çox şadam.

Cənab Prezident, iki il öncə Birləşmiş Ştatlara etdiyiniz səfəri xoş təəssüratla xatırlayırıq. Əlbəttə, öz növbəmdə deməliyəm ki, mən də Sizin ölkənizdə enerji sahəsində fəaliyyətimlə bağlı olmuşam. Burada olmağımdan və uzun müddətdir ki, ölkənizə səfər etməklə bağlı dəvətinizi qəbul edib buraya gəlməyimdən məmnunam. Mənim səfərim bir neçə vaxtdır ki, planlaşdırılırdı. Mənə, həyat yoldaşıma və nümayəndə heyətimizə göstərdiyiniz qonaqpərvərliyə görə minnətdaram. Mən Prezident Buşun və Amerika xalqının Azərbaycan xalqına xoş arzularını çatdırıram.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bir çox məsələlər üzrə mövqelər eynidir. Hər iki tərəf dünyanın bu önəmli regionunda təhlükəsizlik, sabitlik və əməkdaşlığın gücləndirilməsini vacib hesab edir. Biz özümüz və beynəlxalq birlik üçün enerji təhlükəsizliyi məsələlərinin həllinə xüsusi əhəmiyyət veririk. Hər iki tərəf sülhün bərqarar olunması işinə tam sadiqdir. Azərbaycan və Amerika Birləşmiş Ştatları bu gün qorxu altında olan sülh, təhlükəsizlik və sabitlik kimi prinsiplərin qorunmasına xüsusi əhəmiyyət verir.

Cənab Prezident, biz bir neçə ay öncə bu səfəri planlaşdırırdıq, lakin bu gün axşam apardığımız danışıqlar Rusiyanın Gürcüstan ərazisinə girdiyi bir zamanda baş tutur. Bu akt beynəlxalq birlik tərəfindən aydın şəkildə pislənibdir. Bu baxımdan Prezident Buş və mən Azərbaycan xalqına və bütün regiona aydın və sadə mesajı çatdırırıq: Birləşmiş Ştatlar bu regionda rifahın və təhlükəsizliyin tam bərqərar olunmasında dərindən və hərtərəfli maraqlıdır. Artıq iki onillik ərzində biz xalqınıza müstəqilliyin, suverenliyin qurulması və möhkəmləndirilməsi, eləcə də nüfuzlu beynəlxalq təşkilatlara inteqrasiyası yolunda dəstək vermişik.

Bu gün biz həmin öhdəliyimizi və ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik. Amerika Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin ölkənizin ərazi bütövlüyü prinsipinə və bütün digər beynəlxalq hüquq normalarına əsaslanan danışıqlar yolu ilə həllinə tərəfdarıq. Bu gün münaqişənin həlli indiyə qədər olduğundan daha çox vacibdir. Çünki bu məsələnin həllindən regiondakı sülh və sabitlik, o cümlədən Azərbaycanın təhlükəsizliyi asılıdır.

Amerika, eyni zamanda, Azərbaycanın enerji sahəsində Qərb ölkələri ilə əməkdaşlığa sadiqliyini yüksək dəyərləndirir. Bütün xalqlar bazar iqtisadiyyatı prinsiplərinin işlədiyi, məlumatın şəffaf olduğu, enerjinin, ixrac marşrutlarının müxtəlif və etibarlı olduğu təqdirdə ən münasib xidmətlərdən yararlanır.

Birləşmiş Ştatlar digər Avropa dövlətləri, o cümlədən Türkiyə ilə birgə qəti şəkildə inanır ki, təbii sərvətlərin sərbəst nəqlini təmin etmək və əlavə ixrac marşrutlarının işlənməsi üçün Azərbaycan, Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birgə iş aparılmalıdır. Enerji təhlükəsizliyi məsələləri son illərdə daha çox əhəmiyyət kəsb edir.

Yekun olaraq, cənab Prezident, mən Amerika Birləşmiş Ştatlarının beynəlxalq terrorizmə qarşı apardığı qlobal mübarizəyə Azərbaycanın verdiyi töhfəyə görə ölkəm adından minnətdarlığımı bildirmək istəyirəm. Bizim qüvvələrimiz Əfqanıstan və İraqda birgə çalışır, zorakılıq və ekstremizm hallarının qarşısının alınmasında əməkdaşlıq edirlər. Ölkələrimiz təhlükəli rejimlərdən irəli gələn kütləvi qırğın silahlarının yayılmasının həm Azərbaycan, həm də beynəlxalq birlik üçün risk doğurduğunu yekdilliklə etiraf edirlər. Amerika Azərbaycanın həm regional, həm də beynəlxalq miqyasda sülh və təhlükəsizlik işinə verdiyi böyük töhfəsini yüksək dəyərləndirir.

Biz demokratiyanın və qanunun aliliyinin möhkəmləndirilməsi, insan hüquqlarına hörmət edilməsi kimi məsələlərdə və Azərbaycan xalqının üzləşdiyi mürəkkəb problemlərin həllində, habelə müasir, tərəqqi edən və müstəqil dövlətin qurulmasında xalqınızın səylərini dəstəkləyirik. Biz ölkənizin dünyanın bu guşəsində sülh və sabitliyin bərqərar olmasına nümunə kimi xidmət edəcəyinə inanırıq.

Çox sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DSX: 35 kiloqram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

Azərbaycanın milli dəyərləri qoruması qədim türk mədəniyyətinin yaşadılmasına mühüm töhfə verir - ŞƏRH

“Rəqəmsal rabitə” informasiya sisteminin effektivliyi məlumatın düzgünlüyü, təhlükəsizliyi və fasiləsiz əlçatanlığı ilə ölçüləcək - AÇIQLAMA

FHN işğaldan azad olunmuş ərazilərdəki minatəmizləmə fəaliyyəti ilə bağlı Ağdama mediatur təşkil edib

2030-cu ildə orta illik inflyasiyanın 4,3 faiz olacağı gözlənilir

Azərbaycanın qış turizmi imkanları Çin bazarında təqdim olunub

Prezident təqaüdçüsü: Ətrafımdakılar bacarmayacağımı desə də, məqsədimə çatmaq üçün çalışdım

Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində

Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar

“20 Yanvar” metrostansiyası və “Şamaxinka” ərazisində avtobus marşrutları üzrə dəyişikliklər ediləcək

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rumıniyanın Milli Səlahiyyətli Qiymətləndiricilər Assosiasiyası ilə memorandum imzalayıb

Portuqaliya millisinin baş məşqçisinin vəkili Ronaldunun davranışını tənqid edib

ATU və İstanbul Nişantaşı Universiteti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Siyasi şərhçi :Dayanıqlı sülh həm də beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən asılıdır

Yerli istehsaldan qlobal bazarlara: Azərbaycanın qida sənayesi üçün imkanlar - Panel sessiya

® “PAŞA Holdinq”ə daxil olan “Agro Dairy” şirkəti autizmli uşaqların sosial həyatda fəal iştirakını dəstəkləyir

® “Azercell”dən “MiFi” və “Wi-Fi” cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azərbaycanda ət və yumurta istehsalı artıb

Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq

DYP yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında süni intellekt əsaslı avadanlıqlardan istifadə edir

Mərkəzi Bank “BlackRock”la mümkün əməkdaşlıq perspektivlərini müzakirə edib

Qarşıdakı 4 ildə Azərbaycan iqtisadiyyatına 108,6 milyard manat investisiya yatırılacaq

Rumıniya Senatının üzvləri Azərbaycanın qiymətləndirmə sektorunun inkişafı barədə məlumatlandırılıblar

Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı

Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Sürücünün sükan arxasında yuxulaması sərnişinin həyatına son qoyub VİDEO

Həmkarlar ittifaqlarının müasir dövrdə qarşısında duran vəzifələr açıqlanıb

Pərviz Şahbazov: 2023-cü ildən indiyədək Vyetnama 1,1 milyon tondan çox neft tədarük edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 26 mindən çox nikah bağlanıb

Təcili tibbi yardım xidmətində müasir rəqəmsal texnologiyaların tətbiqinə başlanılır

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

Vüqar Zifəroğlu: Azərbaycan jurnalistikasının qarşısında kifayət qədər ciddi çağırışlar dayanır VİDEO

AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH

Əmək Məcəlləsində dəyişiklik edilir

“Borussiya Dortmund”un Bakıya gəliş tarixi bəlli olub

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

FAO-nun nümayəndəsi: Qarşımızda hələ də çoxsaylı çağırışlar var VİDEO

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər təltif edilib - SƏRƏNCAM

Sabah hava əsasən yağmursuz keçəcək

Azərbaycanda bu ilin səkkiz ayında 56 mindən çox körpə doğulub

Prezident İlham Əliyev Gürcüstanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 iyun tarixli 700 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, Fərmanının və Sərəncamının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Qoşqar Təhməzli: Azərbaycanda yem təhlükəsizliyi ilə bağlı ciddi tədbirlər həyata keçirilir VİDEO

Maliyyə Nazirliyi: 2030-cu ildə dövlət borcunun ÜDM-in 20,4 faiz səviyyəsində olacağı gözlənilir

Sahib Paşazadə Yakutiyada XVI Beynəlxalq Arktika Musiqi Festivalında çıxış edib

Vinisius müasir dövrün ulduz futbolçuları arasında ən çox qırmızı vərəqə alan oyunçudur

Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Qırğızıstanda seçkilər ərəfəsində İctimai Müşahidə Mərkəzi yaradılacaq

Azərbaycan əhalisinin sayı açıqlanıb

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

Binəqədidə yeni işıqforlar quraşdırılıb VİDEO

2027-ci ildə qeyri-neft baza kəsrinin qeyri-neft ÜDM-ə nisbətinin 0,3-1,2 faiz bəndi intervalında dəyişməsi gözlənilir

Keçən ay Arktikada dəniz buzu səviyyəsində ilin ən aşağı göstəricisi qeydə alınıb

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

AQTA sədri: Konservləşdirilmiş məhsullar ev şəraitində sanitar-gigiyenik rejimə əməl olunmaqla hazırlanmalıdır VİDEO

Azərbaycan millisinin futzalçısı: İnanıram ki, dünya çempionatına vəsiqə qazanacağıq

AZSTAND: Azərbaycanda 2026-2028-ci illər ərzində 4 minə yaxın normativ sənədin hazırlanması nəzərdə tutulur

Neft qiymətləri üzrə risk ssenariləri baza ssenaridən müsbət və mənfi istiqamətdə 5-20 dollar arasında kənarlaşmalar əsasında formalaşdırılıb

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2  VİDEO

Mətbuat Şurasına yeni sədr və üzvlər seçilib YENİLƏNİB 2 VİDEO

Doqquz ayda külək elektrik stansiyalarından istehsal 27 dəfə artıb

Fransalı rejissorlardan həyəcan təbili: Yeni büdcə layihəsi 400 filmin istehsalını təhlükəyə atır

Tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu müəyyənləşir

Yaşıl Kart sistemi üzrə fəaliyyət göstərmək hüququ olan sığorta şirkətləri açıqlanıb

Reabilitasiya tədbirləri ilə daha 120-dən çox qazi əvvəlki sağlamlığına qovuşub

Bu il Azərbaycanda 620 yeni dövlət standartı qəbul edilib

Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi baza yaradılır

Azərbaycanda neft bitumu və neft koksu istehsalının həcmi 7 faizdən çox artıb

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 16 oktyabr

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Agentlik sədri: Heyvanların yaşa və cinsə görə kəsilməsi məsələsinin tənzimlənməsinə ehtiyac var VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Bir əsrlik tarixə işıq salan məkan: Şəki Tarix-Diyarşünaslıq Muzeyi- REPORTAJ VİDEO

Neft məhsullarının istehsal dəyəri 4,6 milyard manatı ötüb

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb

Mingəçevir Dövlət Universiteti beynəlxalq qiymətləndirmədə 5 ulduza layiq görülüb

2027-2030-cu illərdə azad edilmiş ərazilərdə yenidənqurma və bərpa xərclərinin 13,2 milyard manat olacağı gözlənilir

Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir

Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

Bu il Azərbaycanın nəql etdiyi qazın 57 faizə yaxını Bakı-Tbilisi-Ərzurumun payına düşüb

Dələduzluqda ittiham olunan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Xüsusi xidmət orqanları əməkdaşlarının pul və maddi təminatı ilə bağlı normalar təkmilləşdirilir – qanun layihəsi təsdiqlənib

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

Milli Məclis dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı qanun layihəsini qəbul edib

UNEC beynəlxalq reytinqdə uğur qazanıb

Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb

Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib

Sahibə Qafarova: Dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçildiyi gün ölkəmizin tarixində xüsusi yer tutur

Ötən gün aşkarlanan qanunsuz silah-sursatın sayı açıqlanıb

Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb

Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Mərkəzi Bank: Əbu-Dabi Kommersiya Bankı və “UBS Asset Management”lə maliyyə sektorunun inkişaf meyilləri müzakirə edilib

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

FAO-nun nümayəndəsi: İnnovasiyalar fermerlərin problemlərinin həllinə kömək edə bilər VİDEO

AzTU-nun 5 tələbəsi “Huawei”in təqaüd proqramının qalibi olub

AQEM platformasında Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlıq gündəliyi - ŞƏRH

Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

Antonio Quterreş: Biomüxtəliflik Yer kürəsində həyatın təməlidir

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

Stokholmda azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş təşkil olunub VİDEO

XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

Qoşqar Təhməzli: 2027–2032-ci illər üçün Dövlət Proqramı fəaliyyətimizin yeni mərhələsini müəyyən edir

İdman tarixində bu gün: Messinin “Barselona”da rəsmi debütündən 22 il ötür