RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ERMƏNİSTAN PREZİDENTİ SERJ SARKİSYANIN GÖRÜŞÜ
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ERMƏNİSTAN PREZİDENTİ SERJ SARKİSYANIN GÖRÜŞÜ](/files/2008/2/1200x630/14864521502450260600_1200x630.jpg)
![](/media/newsimages/2008/June/file1212776152521.jpg)
Görüşdə ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrləri də iştirak etmişlər.
Görüşün yekunlarına əsasən iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbandyan mətbuat konfransı keçirmişlər. Xarici işlər nazirləri Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşünü müsbət və konstruktiv hadisə kimi qiymətləndirdilər.
Bildirildi ki ki, prezidentlər tərəflərin mövqeləri ilə tanış olmuş, xarici işlər nazirlərinə danışıqlar prosesinin davam etdirilməsi üçün Minsk qrupu ilə əməkdaşlıq etmək barədə təlimat vermişlər.
Elmar Məmmədyarov onu da vurğulamışdır ki, Minsk qrupunun vasitəçilik fəaliyyətinin davam etdirilməsi arzusu ifadə olunmuşdur. O bildirmişdir ki, hazırda prezidentlərin və xarici işlər nazirlərinin iş cədvəli nəzərə alınmaqla, həmsədrlərin regiona növbəti səfərinin vaxtı razılaşdırılır. Gözlənildiyinə görə, bu səfər iyunun axırlarında baş tuta bilər.
Elmar Məmmədyarov sonda demişdir: “Biz qarşılıqlı yanaşmalarla tanış olandan sonra tərəflərin mövqelərinin yaxınlaşdırılması üzrə işi davam etdirməliyik”.
Amerikalı həmsədr Mətyu Brayzə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü uğurlu görüş adlandırmışdır. O demişdir ki, hər iki tərəfin arzuları nəzərə alınmaqla, vasitəçilərin təkliflərini yaxşılaşdırmaq lazımdır.
Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov konkret nəticələr əldə etmək üçün əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişdir.
######
![](/media/newsimages/2008/June/file1212776167910.jpg)