RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN GÖRÜŞÜ
![AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUSİYA PREZİDENTİ DMİTRİ MEDVEDEVİN GÖRÜŞÜ](/files/2008/2/1200x630/14864521711486413476_1200x630.jpg)
![](/media/newsimages/2008/June/file1212776021353.jpg)
Rusiya dövlətinin başçısı DMİTRİ MEDVEDEV Azərbaycan Prezidentini salamlayaraq dedi:
- Hörmətli İlham Heydər oğlu, Peterburqda yenidən görüşməyimizə şadam. Bizim görüşlərimiz üçün kifayət qədər əsas, çoxlu maraqlı layihələr var, hətta əmtəə dövriyyəsinin strukturunda da bir sıra göstəricilər yaxşılaşır. Bunlar, bəlkə də, formal şeylərdir, lakin Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər baxımından onlar da vacibdir. İndi Sizinlə görüşümüz qısa olacaq, lakin ümid edirəm ki, tezliklə biz görüşəcəyik. İyulun əvvəllərində mən Sizin ölkəyə, Bakıya qonaq gələ bilərəm və orada biz öz əlaqələrimizlə bağlı bütün məsələlər barədə ətraflı söhbət edəcəyik.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV rusiyalı həmkarına təşəkkür edərək dedi:
- Hörmətli Dmitri Anatolyeviç, görüşümüzə çox şadam. Sizin prezidentliyinizin ilk ilində Azərbaycana rəsmi səfərə gəlmək barədə bizim dəvətimizi qəbul etdiyinizə görə də şadam. Bu, bizim ikitərəfli münasibətlərimizin çox mühüm göstəricisidir. Ümid edirəm ki, münasibətlərimiz əvvəllərdə olduğu kimi, bundan sonra da səmərəli olacaqdır. Biz bu istiqamətdə fəal işləyəcəyik. Ölkələrimiz arasında münasibətlər tərəfdaşlıq münasibətləri kimi səciyyələnir, dinamik və müsbət şəkildə inkişaf edir. Bizim əlaqələrimizin formatı çox geniş, gündəlikdəki məsələlər əhatəlidir. Çox şadam ki, biz yüksək sürətlə irəliyə doğru gedirik, regionda fəal qarşılıqlı əlaqə saxlayırıq, ikitərəfli münasibətlərimizdə böyük tərəqqi müşahidə olunur. Bu, bizi çox sevindirir.
######
![]() |
![]() |