Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Səudiyyə Ərəbistanında səfərdədir
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.
AZƏRTAC SPA agentliyinə istinadla xəbər verir ki, Ər-Riyadın Kral Xalid Beynəlxalq Aeroportunda Prezidentin köməkçisi Əli Həsənovu Səudiyyə Ərəbistanının mədəniyyət və informasiya naziri Adel bin Zaid Altoraifi qarşılayıb.
Səfər çərçivəsində keçiriləcək görüşlərdə Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında media sahəsində əməkdaşlıqla bağlı müzakirələr aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]