Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da inkişafı üçün geniş potensial var
Bakı, 1 sentyabr (AZƏRTAC). Sentyabrın 1-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qazaxıstanın xarici işlər nazirinin müavini Samat Ordabayev ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, E.Məmmədyarov iki ölkə arasındakı əlaqələrin hazırkı durumundan məmnunluq ifadə edib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Qazaxıstanın Azərbaycana dəstəyini yüksək qiymətləndirib.
Azərbaycanın və Qazaxıstanın xarici işlər nazirlikləri arasında bu gün keçirilmiş növbəti üçüncü məsləhətləşmə haqqında məlumat verən Samat Ordabayev münasibətlərin daha da inkişafı üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.
Görüşdə regional proseslər, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]