Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan-Qazaxıstan mövcud iqtisadi əlaqələrini şərtləndirən amillər və perspektiv

Azərbaycan-Qazaxıstan mövcud iqtisadi əlaqələrini şərtləndirən amillər və perspektiv

Bakı, 20 oktyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycan ilə Qazaxıstan arasındakı iqtisadi əlaqələri şərtləndirən 2 əsas istiqamət mövcuddur; birinci nəqliyyat-tranzit, ikinci isə enerji sahəsindəki əməkdaşlıq.

AZƏRTAC xəbər verir ki, Asiya ilə Avropa arasındakı ticarət yolları üzərində yerləşən hər iki ölkənin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzərində yerləşməsi qarşılıqlı münasibətlərin formalaşmasına və yüksələn xətlə inkişafına böyük töhfə verir. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayevin eyni ali məktəbdə təhsil almaları onların mütərəqqi dünya görüşünün, siyasi prosesləri düzgün və praqmatik qiymətləndirmək qabiliyyətlərinin bənzər olduğunu deməyə əsas verir. Bu gün Azərbaycan ilə Qazaxıstanın tarixin inkişaf prosesində yaranan fürsətdən istifadə edərək Orta Dəhliz ətrafında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirməyə çalışması hər iki dövlət başçısının praqmatizmindən xəbər verir.

Azərbaycanın Çin və Mərkəzi Asiya bazarlarına çıxış əldə etməsində Qazaxıstan mühüm funksiyanı yerinə yetirir. Analoji olaraq Azərbaycan vasitəsilə Şərqi və Qərbi Avropa ölkələrinə çıxış əldə edən Qazaxıstan iqtisadi və siyasi mövqeyini möhkəmləndirir. Tranzit nəqliyyat və enerji sahələrində əməkdaşlıq üçün hər iki ölkənin böyük potensialı var. Siyasi əlaqələrin dostluq xarakteri daşıması iqtisadi əlaqələrin inkişafına dəlalət edir. Bəs ölkələrin potensialı nədən ibarətdir və bu potensialdan necə səmərəli istifadə edilir?

Qazaxıstan hökumətinin hesabatına əsasən, ölkə 4,4 milyard ton neft və 3,8 trilyon kubmetr qaz ehtiyatlarına malikdir. Qazaxıstan dünyanın ilk 10 neft istehsalçısı ölkəsindən biridir. Ölkədə çox zəngin daş kömür yataqları var. Xrom istehsalına görə Cənubi Afrika və Zimbabvedən sonra 3-cü yerdədir. Xrom və mis istehsalı əsasən Qərb investisiyaları ilə həyata keçirilir. “Kazakhmys” şirkəti ildə təxminən 28 min ton mis və 98 min ton sink çıxarılır. Uran istehsalına görə dünyada 4-cü yerdədir. “Kazatomprom” şirkəti dünyanın ən böyük 5 uran şirkətindən biridir.

Son 30 ildə neft hasilatı 3,3 dəfə, qaz hasilatı isə 6,4 dəfə artıb. Müstəqillik dövrü ərzində ümumi daxili məhsul (ÜDM) 17 dəfə, əhalinin hər nəfərinə düşən ÜDM-in həcmi 13 dəfə artıb. Təsadüfi deyil ki, Çin və Rusiya kimi iki super güclə qonşu olmasına baxmayaraq onun ixracının 50 faizdən çoxu Avropa İttifaqı ölkələrinin və Böyük Britaniyanın payına düşür. Dünyanın 120-dən çox ölkəsindən bu günə kimi 365 milyard dollardan çox birbaşa investisiya cəlb edilib. Qazaxıstanın iqtisadi potensialı onun ixrac imkanlarını artırır, dünya bazarlarına çıxış ehtiyacı yaradır. Azərbaycanın isə inkişaf etmiş nəqliyyat və tranzit infrastrukturu qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini şərtləndirib və zərurətə çevirib. Bu əməkdaşlığı reallığa çevirən Orta Dəhliz yalnız Çindən Avropaya yükdaşıma üçün deyil, eyni zamanda, coğrafi mövqeyi ilə dəhliz boyu yerləşən dövlətlərin, o cümlədən Qazaxıstan ilə Azərbaycan arasında iqtisadi əlaqələri, ticarət dövriyyəsini, idxal-ixrac əməliyyatlarını artırır. Qazaxıstanın dünya bazarına çıxışında Bakı Beynəlxalq Dəniz Limanı aparıcı rola malikdir. Təsadüfi deyil ki, ötən il Qazaxıstanın Aktau limanı ilə Bakı Beynəlxalq Dəniz Limanı arasında yükdaşımanın həcmi 1 milyon 625 min tona çatıb.

Avrasiyada regionun əsas nəqliyyat və logistika qovşağı rolunu oynayan Bakı Beynəlxalq Dəniz Limanı Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan bu liman 400 hektarlıq ərazini əhatə etməklə müasir əməliyyat sisteminin tətbiqi ilə bütün növ yüklər üçün operativ yükaşırma xidməti, açıq və qapalı anbar sahələri təklif edir. Əsas dəmiryolu və avtomagistrallarının birləşdiyi ərazidə yerləşən Bakı Limanında Ro-Ro, Bərə və Ümumi yük terminalından ibarət olmaqla 13 körpü mövcuddur.  Hazırda limanın yükaşırma imkanı 15 milyon ton yük və 100 min TEU ekvivalentində konteynerdir. Limanın illik yükaşırma gücü 25 milyon ton və 500 min TEU konteynerə qədər artırıla bilər.

Bununla yanaşı, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Mərkəzi Asiyanı Qazaxıstan və Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxışı üçün çox əlverişli imkan yaradıb ki, bu da iki dövlət arasındakı iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə təkan verir. Cari ilin ötən 7 ayı ərzində BTQ ilə 250 min ton yük daşınıb. Ötən il BTQ-nin Gürcüstandan keçən hissəsi modernləşdirildi və illik yükdaşıma imkanı 1 milyon tondan 5 milyon tona yüksəldi. Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmanc mərkəzin tədqiqatına istinadla bildirib ki, 2034-cü ilə qədər BTQ ilə yükdaşımanın həcmi 17 milyon tona çatacaq. Beləliklə, Qazaxıstanın ixrac Azərbaycanın isə tranzit potensialı dövlətlər arasındakı iqtisadi əlaqələrin əsasını yaratmaqla yanaşı, onların daha da yaxın münasibətlər quraraq strateji tərəfdaşa çevrilməsini şərtləndirib.

Enerji sahəsində əməkdaşlığa gəlincə, Qazaxıstan Günəş və külək stansiyaları tikmək üçün öz geniş çöllərindən istifadə edərək yaşıl enerji mərkəzinə çevrilməyi hədəfləyib. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat-saatdan artıq, Günəş enerjisi isə 1 trilyon kilovat-saatdır. Qazaxıstan bu il ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 6 faizə çatdırıb. 2030-cu ilə qədər bu rəqəmi 10 faizə, 2050-ci ilə qədər isə 50 faizə çatdırmağı planlaşdırıb.

Xatırladaq ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl enerjinin İnkişafı və Ötürülməsi Sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Ötən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır. Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər, bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək. Həmçinin layihə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək. Layihə Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında yeni imkanlar açır və Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi təkcə üç ölkə arasında deyil, həm də daha geniş miqyasda əməkdaşlığa xidmət edəcək. Təsadüfi deyil ki, Avropa İttifaqı “Xəzər-Qara dəniz-Avropa” enerji dəhlizinin yaranmasına 1 milyard avro həcmində kredit ayıracağını bəyan dib.

Azərbaycana isə növbəti 5 il ərzində yaradılacaq azı 7 giqavat yaşıl enerji güclərinin 70 faizindən çoxunu ixraca yönəldəcək. Bu məqsədlə hazırda Avropaya müxtəlif marşrutlarla enerji təchizatının yeni xəritəsi tərtib edilir. Avropaya ilkin mərhələdə 4 giqavat yaşıl enerji tədarük edəcək "Xəzər-Qara dəniz-Avropa", Naxçıvandan 1 giqavat bərpaolunan enerjinin ixracı ilə yanaşı, Xəzərdən və Mərkəzi Asiyadan da elektrik enerjisinin Türkiyə və Avropaya ötürülməsi perspektivinə malik "Azərbaycan-Türkiyə-Avropa" yaşıl enerji dəhlizlərinin icrası istiqamətdə də zəruri addımlar atılır. Layihələrin unikallığı ondan ibarətdir ki, bu dəhlizlər bərpaolunan enerji sistemində regionları və qitələri əlaqələndirəcək.

Azərbaycan ilə Qazaxıstan arasındakı nəqliyyat-tranzit və enerji sahələrində əməkdaşlıq tərəflər üçün faydalı və səmərəlidir. Bu əlaqələr təkcə iki dövlət və region üçün deyil, qlobal səviyyədə əlverişli imkanlar yaradır. Həmçinin Avropa qitəsinin enerji təhlükəsizliyinin və iqtisadi inkişafının təminatçısına çevrilir ki, bu da hər iki dövlətə siyasi zəmanət qazandırır. Bu zəmanət isə Asiya və Avropadan siyasi dəstək almaqdan ibarətdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndər dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ