Azərbaycan-Qırğızıstan əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib
Bişkek, 9 iyun, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Prezident Aparatı rəhbərinin müavini, xarici siyasət şöbəsinin müdiri Sapar İsakovla görüşüb.
Görüşdə Azərbaycanla Qırğızıstan arasında əlaqələrin genişləndirilməsi, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Səfir bildirib ki, son illərdə ölkələrimiz arasında ticari-iqtisadi, müdafiə, mədəniyyət və digər sahələrdə əməkdaşlıq genişlənir. Bununla belə, əlaqələrin daha da dərinləşdirilməsi üçün istifadə edilməmiş potensial var və bundan yararlanmaq zəruridir.
S.İsakov Azərbaycanın son illərdəki uğurlarını qeyd edib, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, xüsusilə iqtisadi sahədə birgə layihələrin həyata keçirilməsində Qırğızıstan tərəfinin maraqlı olduğunu vurğulayıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]
Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib
- 30.09.2026 [09:32]
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]