AZƏRBAYCAN REGİONDA İNTERNET XİDMƏTLƏRİNİN İXRACATÇISINA ÇEVRİLMİŞDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, respublikada internet resurslarının qiymətinin aşağı salınması istiqamətində görülən işlər davam etdirilmış, ilin əvvəlindən bəri provayderlərin əksəriyyəti internetdən istifadə qiymətini 30-35 faiz endirmişdir.
Ölkədə internetdən istifadə və bilavasitə xidmətlərin göstərilməsi səviyyəsi yüksəlmişdir. Hazırda Azərbaycan hər internet istifadəçisinə düşən orta xarici çıxış tutumuna görə Yaponiya, Koreya Respublikası, Sinqapur kimi ölkələrlə bir sırada gedir və bu ildən artıq Azərbaycan internet xidmətlərinin regionda ixracatçısına çevrilmişdir.