Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI BAŞ PROKURORLUĞUNUN GENİŞ KOLLEGİYA İCLASI HAQQINDA MƏLUMAT

Fevralin 28-də Baş Prokurorluqda respublika hərbi, Naxçıvan Muxtar Respublikası, Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə Azərbaycan prokurorluğu orqanları tərəfindən 2002-ci ildə görülmüş işlərin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. 

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov qeyd etmişdir ki, Azərbaycan xalqı və bütövlükdə respublikamız üçün uğurlu bir dövr olan 2002-ci il ərzində ölkə Prezidenti Heydər Əliyevin müdrik rəhbərliyi altında həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində dövlətçiliyimizin və ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, xalqın maddi rifahının durmadan yüksəldilməsinə real təminatlar yaradan iqtisadi tərəqqinin təmin edilməsi yolunda mühüm addımlar atılmışdır.

Kollegiya iclası Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin ümumxalq səsverməsinə çıxarılması böyük siyasi əhəmiyyətə malik olan tədbir kimi yüksək qiymətləndirilmiş, cəmiyyətimizin daha da demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi üçün yeni təminatlar yaradılması yolunda mühüm əhəmiyyət kəsb edən referendum aktı layihəsinin əhali arasında təbliği işində prokurorluq əməkdaşlarının yaxından iştirakı qeyd edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündən sonrakı dövr ərzində prokurorluqda həyata keçirilən hərtərəfli islahatlar və struktur dəyişiklikləri prosesi əsasən başa çatdırılmış, prokurorluq mahiyyətcə yenidən formalaşdırılmış, onun səmərəli və məqsədyönlü fəaliyyəti üçün qanunvericilik əsasları və digər təminatlar yaradılmışdır. Respublika Prezidenti tərəfindən təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə müvafiq olaraq, ötən il 60 ştat vahidi üzrə prokurorluğa işə qəbulun test imtahanı və söhbətdən ibarət müsabiqə əsasında həyata keçirilməsi məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda aparılan islahatların mühüm uğuru kimi dəyərləndirilmişdir.

Dövlətimizin başçısı Heydər Əliyevin “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 8 oktyabr tarixli Sərəncamı ilə prokurorluq əməkdaşlarının əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması, onların maddi və sosial təminatı məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması dövlət səviyyəsində göstərilən etimad və qayğının nəticəsi kimi yüksək qiymətləndirilmişdir.

Daha sonra baş prokuror cinayətkarlığa qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasını, digər hüquq-mühafizə orqanları, ilk növbədə daxili işlər və milli təhlükəsizlik nazirlikləri ilə işgüzar münasibətlərin qurulması nəticəsində hesabat dövründə respublika üzrə qeydə alınan qəsdən adamöldürmə, quldurluq və oğurluq, qəsdən bədənə ağır xəsarət yetirmə və dələduzluq kimi təhlükəli cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalmasını, bir sıra ağır və xüsusilə ağır, o cümlədən keçmiş illərdə törədilməklə açılmamış qalan cinayətlərin açılmasının, cinayətkarların məsuliyyətə cəlb olunmalarının təmin edilməsini xüsusi vurğulamışdır. Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 1994-2000-ci illər ərzində törədilmiş 10-na yaxın adam oğurluğu cinayətlərinin açılması, belə təhlükəli əməlləri törədən 25 nəfərin məsuliyyətə cəlb edilməsi və məhkəmələr tərəfindən uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum olunması müsbət tədbirlər kimi qiymətləndirilmişdir.

Hesabat ili ərzində Bakı şəhər prokurorluğu orqanları tərəfindən şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizə işinin səmərəliliyinin artırılması istiqamətində görülən tədbirlərin də müəyyən müsbət nəticələrə gətirib çıxardığı, müxtəlif kateqoriyadan olan ağır cinayətlərin sayının əhəmiyyətli dərəcədə azaldığı, keçmiş illərdən açılmamış qalan 4 qəsdən adam öldürmə cinayətinin açılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi diqqətə çatdırılmışdır.

Azərbaycanda kriminogen durumun 1993-cü ildən başlayaraq sabitləşməsi prosesi, ilk növbədə, ölkə Prezidenti Heydər Əliyev tərəfindən respublikada əmin-amanlıq və ictimai-siyasi sabitlik yaratmaq istiqamətində həyata keçirilən dövlət siyasətinin məntiqi nəticəsi olduğu xüsusi vurğulanmışdır.

Hesabat dövründə cinayətkarlığa qarşı mübarizə sahəsində müsbət nəticələrin əldə edilməsinə baxmayaraq, qeydə alınmış ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, xuliqanlıq və avtonəqliyyatın qaçırılması cinayətlərinin əhəmiyyətli dərəcədə artmasının, bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılmamış qalmasının digər hüquq-mühafizə orqanları ilə birlikdə mübarizə işinin düzgün təşkili üçün əlavə tədbirlərin görülməsinə, fəaliyyət istiqamətləri üzrə prokurorluğun işinin səmərəliliyinin artırılmasına ciddi zərurət yaratdığı diqqətə çatdırılmışdır.

Azərbaycan prokurorluğunun beynəlxalq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər içərisində 80-dən çox dövlətin prokurorlarını birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin növbəti iclasının ötən il mayın 16-17-də Bakı şəhərində keçirilməsi, İcraiyyə Komitəsinin üzvlərinin dövlətimizin başçısı Heydər Əliyev tərəfindən qəbul edilməsinin əhəmiyyəti qeyd edilmişdir.

Kollegiya iclasında həmçinin “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən nöqsan və çatışmazlıqlar ətraflı təhlil olunmaqla ibtidai araşdırmaya prosessual rəhbərliyin, istintaq və dövlət ittihamının müdafiəsi işinin keyfiyyətinin daha da artırılması, müəyyən edilmiş istintaq müddətlərinin və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması, hüquqi və fiziki şəxslərə vurulmuş maddi zərərlərin ödənilməməsi kimi halların aradan qaldırılması, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması üçün konkret vəzifələr müəyyənləşdirilmişdir.

Azərbaycanda bazar iqtisadiyyatının, özəl sektorun və azad sahibkarlığın inkişafına maneçilik törədən əsassız yoxlamalar keçirilməsi təcrübəsinə birmənalı münasibət bildirilərək, bu halların aradan qaldırılması üçün konkret vəzifələr nəzərdə tutulmuş, ölkəmizdə həyata keçirilən islahatların mənafeyinə qəsd edən belə hərəkətlərin qarşısının alınması üçün ən qəti tədbirlərin görülməsi bütün tabe prokurorlardan tələb edilmişdir.

Hesabat məruzəsində kadrların seçilib yerləşdirilməsi, onların nəzəri və peşə hazırlıqlarının artırılması, prokurorluğun kadr korpusunun sağlamlaşdırılması istiqamətində görülən tədbirlərdən də ətraflı bəhs edilərək, 2002-ci ildə xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşan və peşəkarlığı ilə seçilən 19 prokurorluq əməkdaşının prokuror vəzifələrinə irəli çəkilmələri müsbət hal kimi qiymətləndirilmişdir. Eyni zamanda, kadrların nəzəri və peşə hazırlıqlarının artırılması işinin daha da təkmilləşdirilməsi, Baş Prokurorluğun Ali Attestasiya Komissiyasının, fəaliyyəti yeni məzmunda bərpa edilmiş Kadrlar idarəsinin tədris mərkəzinin fəaliyyətinin səmərəliliyinin artırılması, bütün tabe prokurorluqlarda icra və əmək intizamının möhkəmləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirilmişdir.

Prokurorluq orqanlarının qarşısında duran vəzifələrin düzgün həllində, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasında çapdan buraxılmış “Azərbaycan Respublikası Baş Prokurorunun əsas əmr və göstərişləri” kitabı və “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin attestasiyasının keçirilməsində istifadə olunacaq suallar toplusu”nun əhəmiyyəti diqqətə çatdırılmışdır. Kollegiya iclasında çıxış edənlər hesabat məruzəsində qaldırılan məsələlərə münasibətlərini bildirmiş, prokurorluğun işinin zəruri tələblər səviyyəsində təşkili və mövcud çatışmazlıqların aradan qaldırılması yolları barədə öz təkliflərini bildirmişlər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Zakir Qaralov qeyd etmişdir ki, aparılmış islahatlar nəticəsində tamamilə yeniləşmiş Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da öz fəaliyyətlərini ölkə rəhbəri tərəfindən göstərilən etimada və qayğıya layiq səviyyədə təşkil edəcək, dövlətçiliyimizin maraqlarının, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinin, cinayətkarlığa qarşı səmərəli və kəsərli mübarizənin təmin olunması üçün zəruri tədbirlər görəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

KOBİA rəsmisi: KOB-ların yaşıl transformasiyası məsələsinə sistemli yanaşma tətbiq edilməlidir

Cənubi Qafqazın hazırkı geosiyasi mərhələsinin üç əsas strateji xətti TƏHLİL

Elnur Əliyev: KOB-ların ehtiyaclarına cavab verən qlobal yanaşma hələ tam formalaşmayıb

Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib

Elçinin "Cəhənnəm sakinləri" əsəri yeni səhnə yozumunda nümayiş etdirilib

Siyasi şərhçi: Azərbaycanın regional təhlükəsizlik gündəliyində təşəbbüskar rolu bir daha təsdiqlənir

KOBİA: KOB-lar iqlim maliyyələşdirilməsi imkanları haqqında kifayət qədər məlumata malik deyil

Yaponiyada 5,5 bal gücündə zəlzələ baş verib

CENL-nin növbəti illik iclası yekunlaşıb

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti Tolerantlıq Evi ilə tanış olub

“Reuters”: Amerikalıların 38 faizi ölkənin daha 250 il mövcud olacağına şübhə edirlər

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlər inkişaf etdirilir

® “Azercell”in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb

“Damu” Fondu: Halal məhsullar yalnız sertifikatlaşdırılmış qida istehsalı ilə məhdudlaşmır

“Sabah”ın sabiq futbolçusu: Azərbaycana qayıtmaq üçün qapını heç vaxt bağlamıram

İlham Bayramov: Yeni Dövlət Proqramında aqrar sektorun bütün istiqamətləri üzrə hədəflər müəyyən olunub

Tramp və Zelenski Parisdə görüşüblər

Dünya Gənclər İnkişaf Forumunda Azərbaycandakı gənclər siyasətindən danışılıb

® İRİA-nın dəstəyi ilə “EPAM Azərbaycan” Mərkəzinin açılışı baş tutub

Hakan Fidan rusiyalı həmkarı ilə Cənubi Qafqaz, Ukrayna və Yaxın Şərq məsələlərini müzakirə edəcək

Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub

Mikayıl Cabbarov: Bərpaolunan enerji gələcək investisiyalar üçün ən mühüm istiqamətlərdən birinə çevrilib

“Dəmiryol nəqliyyatında mülki müdafiənin təşkili Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nazir: Azərbaycan Orta Dəhliz boyunca Şərq-Qərb əlaqələrinin gücləndirilməsində rolunu daha da möhkəmləndirib

“Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 9 fevral tarixli 32 nömrəli Qərarında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 4 avqust tarixli 241 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmətlərin təşkili və göstərilməsi qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Türk ekspert: Şuşa Bəyannaməsi təhdidlərə qarşı səmərəli mexanizmdir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 25 iyun tarixli 315 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkəsinə dair Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub

Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

“Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın və “Sənaye və texnologiyalar parklarının rezidentləri tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək

“İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı”nın və “İdxalı əlavə dəyər vergisindən azad edilən kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan baytarlıq preparatlarının siyahısı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Cavid Hüseynov “Araz-Naxçıvan”ın baş məşqçisi olub

Selim Güven: Azərbaycan bizim yerli bizneslərin inkişafı üçün yeni imkanlar yaratmağımıza yaxşı nümunədir

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq

"Neftçi"nin sabiq baş məşqçisi: Murad Məmmədov gələcəkdə lider futbolçu ola bilər

Özbəkistan və ABŞ arasında investisiyaların cəlbi üzrə yol xəritəsi hazırlanacaq

“ACWA Power”: Uzunmüddətli iqtisadi transformasiya üçün KOB-ların fəal iştirakı vacibdir

Antonio Rüdiger “Real Madrid”lə yeni müqavilə imzalayıb

Yaponiya ekstremal istilərə hazırlaşır

KOBİA: “KOB-ların yaşıl keçidi üzrə Bakı Birgə Bəyannaməsi” təşəbbüsü irəli sürülüb

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib YENİLƏNİB VİDEO

“Gəncə” üç voleybolçu ilə vidalaşıb

İran parlamentinin spikeri ABŞ ilə memorandumun imzalanması mərasimində iştirak edəcək

İİB-in illik toplantısı çərçivəsində gənclərin inkişafı və regional inteqrasiyanın təşviqi üzrə maliyyələşmə imkanları nəzərdən keçirilib

Gələn il Ağcabədi rayonunda 5 min hektar sahədə yeni müasir suvarma sistemləri quraşdırılacaq

Hüseyn Hüseynov: Dayanıqlı inkişafın maliyyələşdirilməsi üçün innovativ alətlərə ehtiyac artır

Baş nazir Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir

Çində 6,4 bal gücündə zəlzələ olub

Serbiya Gürcüstanda səfirlik açacaq

Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ADSEA: İçməli və suvarma suyuna artan tələbatın ödənilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Leyla Əliyeva Bonnda BMT-nin Baş katibinin müavini ilə görüşüb

Fransada “Rafale F5” döyüş təyyarələri üçün yeni nəsil hipersəs nüvə raketi hazırlanır

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır