Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNİN BƏYANATI

2005-ci il noyabrın 6-na təyin olunmuş parlament seçkilərinin Azərbaycan Respublikasının Seçki Məcəlləsinə, demokratik prinsiplərə uyğun, təhlükəsiz və əmin-amanlıq şəraitində keçirilməsi məqsədi ilə ölkənin qanunvericiliyinə, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamına uyğun olaraq zəruri tədbirlər görülür. Normal seçki kampaniyası aparmaq üçün siyasi mənsubiyyətindən asılı olmayaraq bütün deputatlığa namizədlərə bərabər şərait yaradılmış və onlar tərəfindən bu günədək öz seçiciləri ilə 14342 görüş və 44 yürüş-mitinq keçirilmişdir. Görüşlərin 3437-si müxalifət təmsilçiləri, 5506-sı bitərəflər, 5399-u isə iqtidar namizədləri tərəfindən təşkil olunmuşdur.

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil olunmuş bütün toplantılarda daxili işlər orqanları tərəfindən asayişin və ictimai qaydanın qorunması təmin edilmiş, belə tədbirlərdə heç bir qanunazidd hallara yol verilməmişdir.

Lakin “Azadlıq” seçki blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi, Müsavat və Azərbaycan Demokrat partiyalarının rəhbərləri, son aylar müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyət qoyulmuş yerlərdə təşkil etdikləri kütləvi aksiyalarla ölkədəki ictimai-siyasi vəziyyəti gərginləşdirməyə, iğtişaşlar törətməyə, dövlət orqanları ilə qarşıdurma yaratmağa cəhdlər edir, hakimiyyətin zorla ələ keçiriləcəyi barədə açıq şəkildə bəyanatlar verir, cəmiyyətin ciddi etirazı ilə qarşılanan digər qanunsuzluqlara əl atırlar. Onların mövcud sabitliyi pozmağa, Azərbaycanın demokratik imicinə zərbələr vurmağa yönəlmiş cəhdləri bir çox hallarda konkret hüquqazidd və cinayət əməlləri ilə müşayiət olunur.

Son aylar “Azadlıq” seçki blokuna daxil olan partiyaların ölkənin paytaxtı Bakı şəhərində ictimai asayişi pozmaq məqsədi ilə keçirdikləri qanunsuz kütləvi aksiyaların qarşısının qətiyyətlə alınmasına, vətəndaşların tam əksəriyyətinin dövlətin gördüyü qanunauyğun tədbirlərə həmrəylik bildirməsinə baxmayaraq, həmin siyasi aksiyanın təşkilatçıları vəziyyəti gərginləşdirmək istəyindən hələ də əl çəkməmişlər.

Cəmiyyətdə və xalq arasında siyasi dayaqları olmayan radikal müxalifətin milli mənafelərə, konstitusion normalara və qanunlara zidd olan belə hərəkətləri ölkə ictimaiyyəti tərəfindən qətiyyətlə pislənir. Vətəndaşlar dövlət orqanlarına etdikləri müraciətlərdə Azərbaycanı yenidən 90-cı illərin əvvələrindəki xaosa, anarxiyaya, hakimiyyətsizliyə sürükləmək istəyənlər haqqında qanunvericiliklə müəyyən olunmuş məsuliyyət tədbirlərinin görülməsini tələb edirlər.

Qısamüddətli hakimiyyətləri dövründə Azərbaycan xalqının başına gətirilən ağır müsibətlərin əsil səbəbkarları olan radikal müxalifət partiyaları bu gün ölkəmizi idarəolunmaz proseslərə cəlb etmək məqsədi ilə yeni, daha məkrli bir siyasi avantüraya əl ataraq Rəsul Quliyevin 2005-ci il oktyabrın 17-də Azərbaycana gəlməsini planlaşdırmışlar. Qeyd olunmalıdır ki, Rəsul Quliyev “Azərneftyağ” Bakı neftayırma zavodunun direktoru işləyərkən istintaqla sübuta yetirilmiş 117 milyon ABŞ dollarından çox maliyyə vəsaitini taladığına, habelə qulluq mənafeyi əleyhinə olan cinayətlərdə ittiham olunduğuna görə haqqında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa elan edilmişdir. Rəsul Quliyev, həmçinin transmilli xarakter daşıyan cinayət əməli törətməkdə, o cümlədən həmin zavodun direktoru işləyərkən baş mühasib Qalina Lebedeva və Moskva şəhərində yaşayan Tamirlan Qasanovla qabaqcadan əlbir olub, tamah məqsədi ilə bilə-bilə saxta sənədlər tərtib etməklə dövlətin 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitini mənimsəmə və israfetmə yolu ilə talamaqda da ittiham olunur.

Həmişə uzun-uzadı demokratiyadan danışan, guya korrupsiyaya qarşı mübarizəni özlərinin ali məqsədi elan etmiş “Azadlıq” seçki blokunun təmsilçiləri bu gün heç bir qanuna və məntiqə sığmayan hərəkətlərə yol verir, Bakı şəhərində kütləvi itaətsizliyə, asayişin pozulamasına yönələn çağırışlar edirlər. Onlar əhalinin beynəlxalq hava limanına toplanması üçün təbliğat aparmaqla, 2005-ci il oktyabrın 17-də həmin ərazidə kütləvi aksiya keçirilməsini təşkil etməyə çalışırlar.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bəyan edir ki, məhkəmə tərəfindən barəsində 2000-ci il oktyabrın 10-da həbs qətimkan tədbiri seçilmiş Rəsul Quliyev Azərbaycana dönəcəyi halda məhkəmənin həmin qərarı icra ediləcəkdir. Rəsul Quliyevin deputatlığa namizədlər üçün müəyyən edilmiş toxunulmazlıq hüququ ilə bağlı bildiririk ki, bu təminat vətəndaşın əvvəllər törətdiyi cinayətlərə şamil edilmir.

Rəsul Quliyevin həbs edilməsi barədə məhkəmə qərarının icrası və sonrakı istintaq hərəkətlərinin aparılması zamanı onun cinayət-prosessual qanunvericilikdə və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hüquqlarının tam həcmdə həyata keçirilməsi təmin ediləcəkdir.

Digər tərəfdən, Daxili İşlər Nazirliyi strateji əhəmiyyətə malik olan Heydər Əliyev adına Beynəlxalq hava limanının mühafizəsinin təmin edilməsi üçün xüsusi tədbirlər də müəyyənləşdirmişdir. Daim əhalinin, o cümlədən beynəlxalq hava reysləri ilə hər gün ölkəmizə gələn xarici dövlətlərin minlərlə vətəndaşının sıx toplaşdığı ərazi olan bu mühüm dövlət obyektində hər hansı bir kütləvi aksiyanın keçirilməsinə edilən cəhdlərin qarşısı qətiyyətlə alınacaqdır. Baş verə biləcək hüquqazidd hərəkətlərə görə məsuliyyət bu işin təşkilatçılarının, ilk növbədə “Azadlıq” seçki blokuna daxil olan siyasi partiya rəhbərlərinin üzərinə düşəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir

“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir

Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb

Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb

® Meksika səfiri Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq imkanlarını dəyərləndirib

® “Rabitəbank”ın ipoteka portfeli 200 milyon manatı ötüb

Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb

Fransada liseylərdə şərait böhranı: şagirdlər daha yaxşısını tələb edir, regionlar isə xərclərdən narahatdır

“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb

Azərbaycandan Böyük Britaniyaya məhsul ixracının dəyəri 14 dəfədən çox artıb – QRAFİK

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNƏCƏK

Romada yaşayış binasının həyətində partlayış baş verib

Azərbaycan və Bolqarıstanın memarlıq irsi tələbələrin gözü ilə - Sofiya Universitetində fotosərgi açılıb

"Azərişıq”: İlin sonunadək Zirə ETSİ-nin xidməti ərazisində 11 yeni güc mərkəzi yaradılacaq

Messi Argentina millisində karyerasını başa vurur: Vida oyunu ilə bağlı əsas məqamlar

“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Azərbaycan Ankarada keçirilən İstehlakçı Şurasının 30-cu iclasında təmsil olunub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ağbat məbədi

Əlilliyi olan gənclər Balaxanının tarixi məkanlarını ziyarət ediblər

Deputat: Təhlükəsizlik təmin olunmadan inkişafı əldə etmək çox çətindir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Akademik: Gənc tədqiqatçılar yüksək intellektual potensiala malik bir nəsil kimi yetişməlidirlər

İqtisadi güc yeni inkişaf mərhələsinin əsas dayağıdır - ŞƏRH

AMEA-da görkəmli alim Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Rizvan Nəbiyev: Qurultayda səsləndirilən fikirlər ölkəmizin inkişaf istiqamətlərinin əsasını təşkil edir

Misir Mərdanov: Ən böyük qazancım xalqıma və Vətənimə xidmət etməyə çalışmağım olub

ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib

BMT-nin Baş katibi Pakistanda səfərdədir

Urxan Ələkbərov: Ölkəmiz yüksək nailiyyətlər qazanıb

Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq

Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

® SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi Beynəlxalq Ahıllar Günü münasibətilə sosial təşəbbüs həyata keçirib

İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

Avropa Azərbaycandan idxal etdiyi qazın həcmini artırmaq niyyətindədir

Yəməndə döyüşlər 184 mindən çox insanı didərgin salıb

Əlilliyi olan şəxslərlə çalışan mütəxəssislər üçün təlim keçirilir

Baş nazirin müavini: Trans-Xəzər fiber-optik xəttinin bu ay istifadəyə verilməsi gözlənilir

İdman tarixində bu gün: Həbib Nurməhəmmədov – Konor Makqreqor döyüşündən 8 il ötür

FHN sel və daşqın zamanı təhlükəsizlik qaydalarını açıqlayıb

Politoloq: Azərbaycanın siyasi və iqtisadi gücü nəticəsində bu gün artıq yeni gündəm formalaşıb

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Antalyada “Azərkosmos”un coğrafi informasiya sistemləri imkanları barədə məlumat verilib

IEA: Cənub-Şərqi Asiyada elektrik enerjisinə tələbat 2026-2030-cu illərdə orta hesabla 5,4 faiz artacaq

Bakı-Xankəndi velosiped yarışının gələn il üçün keçirilmə tarixləri müəyyənləşib

Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb

Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını açıqlayıb

Britaniyada 2 qızıl medal qazanan gimnast: Yarış dünya çempionatı öncəsi vacib sınaq oldu

AQEM-ə üzv dövlətlərin nümayəndələri "ASAN xidmət"də

Göygöldə regional konfrans: “Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi”

"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır

Milli Məclisin sədri: Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb

Fransada lisey şagirdlərinin etirazları: 5 mindən çox şəxs saxlanılıb, hökumət böhran toplantısı keçirib

Nazir müavini: Trans-Xəzər Fiber-Optik Kabel Layihəsi Azərbaycanın rəqəmsal tranzit qovşağı rolunu gücləndirəcək

Vüqar Məmmədov: Orta Dəhliz inteqrasiya olunmuş logistika ekosisteminə çevrilməlidir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var

“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır

Şahin Mustafayev Rusiya Hökumətinin nümayəndələri ilə görüşüb YENİLƏNİB

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

XİN: Qara dənizdə yük gəmisinə dron hücumunda azərbaycanlı kapitan həlak olub, 1 nəfər itkin düşüb VİDEO

Ələt Azad İqtisadi Zonasının ərazisində hava limanının fəaliyyətə başlayacağı tarix açıqlanıb

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

Sahibə Qafarova: İslam dünyasının qarşılaşdığı çağırışlar daha güclü əməkdaşlıq tələb edir

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

Laçında daha üç su elektrik stansiyası tikilir VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə bağlı yekun investisiya qərarının veriləcəyi tarix açıqlanıb VİDEO

BMT QAK: 2025-ci ildə təxminən 5,8 milyon qaçqın uşaq təhsildən kənarda qalıb

Dünya çempionatı: Azərbaycanın 3 cüdoçusu tatamiyə çıxır

Azərbaycan fərqli tərəflər arasında dialoq imkanları yarada bilən dövlətdir RƏY

Səməd Bəşirli: Alman şirkətlərinə təklifimiz sadədir - Azərbaycana gəlin, lakin daha geniş region üçün istehsal edin

“e-müqavilə” altsistemində imzalanan müqavilələrin məbləği 3 milyard manatı ötüb

Pakistanda poliomielitə yoluxanların sayı artır

Makron və Merts Aİ-nin ticarət müdafiəsi mexanizmlərini gücləndirməyi təklif ediblər

Seçmə mərhələ: Azərbaycan U-21 millisi Cəbəllütariqlə qarşılaşacaq

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

Almaniya və Azərbaycan birgə layihələrin hazırlanması imkanlarını genişləndirmək niyyətindədir VİDEO

® “AccessBank” QSC UPS üçün ehtiyat hissələrinin təchizatı tenderi elan edir

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Nazir müavini: Noyabrın əvvəlində Azərbaycan biznes dairələrinin Almaniyaya səfəri gözlənilir VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Yol polisi hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib VİDEO

Ən çox yağıntı Astaraya düşüb - faktiki hava

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və bəzi qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 2 iyun tarixli 180 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Vəkillər Kollegiyasının internet platformasına “mygov ID” inteqrasiya edilib

“Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmunu, habelə təhlükənin aradan qaldırılması tədbirləri, onların həyata keçirilməsi Qaydası və müddəti”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 11 avqust tarixli 296 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Səməd Vurğunun oğlu: Atamın şair və şəxsiyyət kimi böyüklüyünü mən uşaqlıqdan hiss etmişəm

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı keçirilir VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Qaxda sürücülük hüququ olmayan gəncin törətdiyi qəza nəticəsində 17 yaşlı sərnişin ölüb VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

® İRİA və Rəqəmsal Əməkdaşlıq Təşkilatı arasında birgə fəaliyyət planı elan olundu

Bu gün Ümumdünya Yaşayış Məskənlərinin Mühafizəsi Günüdür