AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ağır itki – atanızın, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin vəfatı ilə əlaqədar Sizə, qohumlarınıza, yaxınlarınıza və bütün Azərbaycan xalqına səmimi başsağlığı verirəm. Biz həqiqətən Böyük İnsanı, Qoca Qafqazın məğrur oğlunu itirdik. Heydər Əlirza oğlu azərbaycanlıların, qafqazlıların və bütün xoşməramlı insanların xatirəsində şərəf, vətənpərvərlik, öz Vətəninə və xalqına məhəbbət rəmzi kimi qalacaqdır.
Azərbaycanın və onun xalqının tərəqqisi naminə Sizə müdriklik, cəsarət və uzun ömür və unudulmaz Heydər Əlirza oğlunun müəyyən etdiyi ideyaların və işlərin həyata keçirilməsini arzulayıram.
Hörmətlə,
Q.Maxaçov
Rusiya Dövlət dumasının deputatı
Moskva, 16 dekabr 2003-cü il.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB
- 12.10.2026 [10:10]
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 10.10.2026 [13:52]