AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Böyük dövlət adamı, Prezident Heydər Əliyevin müalicə olunduğu Amerika Birləşmiş Ştatlarında vəfat etdiyini eşidib çox sarsıldım. İyun ayında Azərbaycana səfərim zamanı tanış olmaq şərəfinə nail olduğum bu dahi insanın həyatdan getməsindən böyük üzüntü duyuram.
Sizin şəxsinizdə bütün Azərbaycan xalqına və kədərli Əliyevlər ailəsinə hüznlə başsağlığı verirəm.
Ən dərin ehtiramla,
Professor, doktor Rəcəb Akdağ,
Türkiyə Respublikasının səhiyyə naziri