AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Atanız Prezident Heydər Əliyevin vəfatı xəbərini böyük kədər və dərin təəssüf hissi ilə aldıq. Sizin hüznünüzə şərik oluruq. Öz adımdan və Yəmən Respublikasının xalqı adından Zati-alinizə, dost Azərbaycan xalqına və mərhumun ailəsinin bütün üzvlərinə bu itki ilə əlaqədar ən səmimi başsağlığımızı bildirirəm. Ulu, Qadir Allahın mərhuma öz geniş mərhəmətini şamil etməsini, onu ucsuz-bucaqsız cənnətində məskun etməsini, Sizə səbr və təsəlli verməsini, Sizə və Azərbaycan xalqına heç bir pislik nəsib etməməsini diləyirəm.
“O hər şeyi eşidən və diləklərə cavab verəndir. Həqiqətən, biz Allaha məxsusuq və Onun dərgahına qayıdacağıq”.
Əli Abdulla Saleh,
Yəmən Respublikasının Prezidenti