AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mərhum Prezident Heydər Əliyev Cənubi Qafqaz və Xəzər hövzəsi regionunun sabitliyi, Azərbaycanın keçmiş Sovet İttifaqı ölkələri arasında aparıcı olması üçün öz töhfələri ilə nadir irs qoymuşdur. O, Birləşmiş Ştatlar və Azərbaycan arasında əlaqələri və dostluğu möhkəmləndirmişdir. Bunun nəticəsi kimi, dövlətlərimiz yeni səviyyədə strateji əməkdaşlıq qurmuşlar, Azərbaycan azad və demokratik cəmiyyət istiqamətində inkişafını davam etdirir. Terrora qarşı müharibə, enerji məsələləri üzrə əməkdaşlıq, İpək Yolunun bərpası, GUÖAM-la bağlı səyləri və yardımı, açıq qapı iqtisadi siyasəti onun davamlı irsinin sütunlarıdır. Bunlar və digər əlamətdar işlər onun çox sevdiyi millətə uzun illər boyu bəhrə verməkdə davam edəcəkdir.
Azərbaycan xalqı öz əziz Prezidentini və Sizin sevimli Atanızı itirmişdir. Bizim fikirlərimiz Sizinlə, Sizin ailənizlə və Azərbaycan xalqı ilədir.
Səmimiyyətlə,
Kurt Ueldon,
ABŞ Konqresinin üzvü