AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ötən həftənin sonunda Atanızın vəfat etdiyini eşidib dərindən kədərləndim. İcazə verin, bütün bp şirkəti adından səmimi başsağlığımı bildirim.
Prezident Heydər Əliyevin töhfələri uzun müddət yaddaşlarda qalacaqdır. O, müstəqil Azərbaycan dövlətini ərsəyə gətirdi. O, Sizin ölkənin və xalqın sabit və davamlı inkişafı siyasətini təmin elədi. O, böyük səylərlə ölkə daxilində və bütün regionda sülhü və sabitliyi yenidən bərqərar etdi.
Biz, həqiqətən, iftixar duyuruq ki, Prezident Heydər Əliyevin uzaqgörən enerji strategiyasının nəticəsi kimi, olduqca sərfəli yollarla bir sıra əsas neft və qaz layihələrini həyata keçirmiş, bununla da Azərbaycan dövlətinin inkişafında üzərimizə düşən rolu oynamışıq.
İcazə verin, bir daha təsdiq edim ki, biz öhdəliyimizə sadiq qalaraq, “Əsrin müqaviləsi” ilə bağlı tikinti və əməliyyat işlərini cədvəl üzrə və beynəlxalq standartlara uyğun yerinə yetirəcəyik. Bizim bu işi yerinə yetirə bilməyimiz Azərbaycan xalqına, onun dözümünə, beynəlxalq sərmayəçilərlə səmərəli işləmək qabiliyyətinə olan inamın birbaşa nəticəsidir. Bu da Sizin Atanızın uzaqgörən siyasəti idi.
bp şirkətində hamımız Sizin ailəniz və Azərbaycan xalqının kədərinə şərik çıxırıq. Mən xüsusilə istərdim ki, Sizə və Sizin ailənizə şəxsi başsağlığımı çatdırım. Bu çətin vaxtda mən fikrən Sizinləyəm.
Səmimiyyətlə Sizin,
Lord Con Braun,
bp şirkətinin prezidenti
15 dekabr 2003-cü il.