AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikası Prezidentinin yüksək vəzifəsində uzun illər ölkənizə rəhbərlik etmiş Zati-aliləri cənab Heydər Əliyevin vəfatı ilə əlaqədar olaraq Sizə turizm sahəsində 142 dövlətin, o cümlədən Azərbaycanın mənafeyini təmsil edən Dünya Turizm Təşkilatı adından ən dərin hüznlə başsağlığı verirəm.
2002-ci ilin sentyabr ayında Azərbaycana rəsmi səfərim zamanı Atanızla olan səmərəli görüşümüzü mən ömrüm boyu unutmayacağam. Biz Onu həmişə nüfuzlu dövlət xadimi, Azərbaycan turizminin və Dünya Turizm Təşkilatının böyük dostu kimi xatırlayacağıq.
Zati-aliləri, Sizə ən dərin hörmət bəslədiyimə əmin olmağınızı xahiş edirəm.
Françesko Franjialli
Dünya Turizm Təşkilatının
baş katibi
Madrid, 15 dekabr 2003-cü il
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB
- 12.10.2026 [10:10]
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 10.10.2026 [13:52]