AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
İcazə verin, Prezident Heydər Əliyevin vəfatı ilə bağlı kədər yaşayan xalqınıza ən səmimi başsağlığı ifadə edim.
Böyük siyasətçi və görkəmli səxsiyyət öz həyatını Azərbaycan xalqının tərəqqisi və firavanlığına həsr etdi. Onun ideyaları Azərbaycana qulluq etdi, amma bunlar bütün Qara Dəniz regionu üçün çox dəyərli və mühüm idi.
Bizim hamımız onun əvəzsiz töhfə və məsləhətlərinin yoxluğunu hiss edəcəyik. Biz əlimizdən gələni edəcəyik ki, onun regionu firavan və sabit görmək istəyi həqiqətə çevrilsin.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı adından və öz adımdan mən Zati-alinizə ürəkdən gələn kədərimi və ən yüksək diqqət hisslərimi bildirirəm.
Səfir Valeri Çeçelaşvili,
Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının baş katibi
15 dekabr 2003-cü il
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:31]
Azərbaycan-Kamboca sənədləri mübadilə olunub YENİLƏNİB
- 12.10.2026 [10:10]
Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO
- 10.10.2026 [13:52]