AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Ölkənizin milli bayramı münasibətilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi bildirməkdən məmnunluq duyuram. Zati-alinizə xoşbəxtlik, qardaş xalqınıza isə tərəqqi arzulayıram.
Dərin hörmət və ehtiramla,
Xəlifə bin Zaid Al Nəhəyan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti