AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Ölkənizin milli bayramı münasibətilə Birləşmiş Ərəb Əmirlikləri hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi bildirməkdən məmnunluq duyuram. Zati-alinizə xoşbəxtlik, qardaş xalqınıza isə tərəqqi arzulayıram.
Şeyx Məhəmməd bin Rəşid Al Məktum
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti,
Baş nazir, Dubay Əmirliyinin Hökmdarı