AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizə və Azərbaycan xalqına bütün kanadalılar adından təbriklərimi göndərməkdən məmnunam.
Azərbaycan və Kanada arasında möhkəm və inkişaf etməkdə olan çoxtərəfli əlaqələr xalqlarımızın mənafelərinə uyğundur. Çətinliklərə baxmayaraq, Kanada xalqınızın inkişafı və rifahı üçün imkanlar yaradan dəyişiklikləri izləməkdə davam edir.
Mən Sizə və vətəndaşlarınıza bu bayram günündə ən xoş arzularımı çatdırıram.
Səmimiyyətlə, Sizin
Mişel Jan
Kanadanın general qubernatoru