RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına xoşbəxtlik, rifah və uğur diləməkdən məmnunluq duyuram.
Sizi əmin edirəm ki, mənim istəyim ölkələrimiz arasında dostluq və əməkdaşlıq tellərini möhkəmlətməkdir.
Mən həmçinin Sizin ölkənizlə Avropa İttifaqı arasında münasibətlərin dərinləşməsi və möhkəmlənməsini görmək istəyirəm. Avropa İttifaqına gələcək sədrliyindən yararlanaraq, Fransa buna öz töhfəsini verəcəkdir.
Həmçinin Sizə bildirmək istərdim ki, ölkənizlə başlanan əməkdaşlığımızı davam etdirməyə və genişləndirməyə çalışacağam. Sonda Sizi əmin edirəm ki, Fransa Cənubi Qafqazda sülhün, sabitliyin, demokratiyanın və hüquqi dövlətin bərqərar olmasında fəal iştirak edəcəkdir.
Cənab Prezident, Sizə ən yüksək hörmət və ehtiram bəslədiyimə əmin ola bilərsiniz.
Nikola Sarkozi
Fransa Respublikasının Prezidenti