RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı münasibətilə Zati-alinizə və bütün Azərbaycan xalqına Mali xalqı adından və şəxsən öz adımdan ən səmimi və hərarətli təbrikləri çatdırmaqdan məmnunluq duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycan və Mali arasında olan dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfələrimi verməyə hər zaman hazır olduğumu bir daha diqqətinizə çatdırmaq istəyirəm.
Zati-alinizə səmimi qəlbdən xoşbəxtlik və cansağlığı, Azərbaycan xalqına isə dinamik tərəqqi və firavanlıq arzulayıram.
Ən yüksək hörmət və ehtiramla,
Amadu Tumani Ture
Mali Respublikasının Prezidenti