AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri,
Azərbaycanın milli bayramı - Respublika günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, ölkənizə və xalqınıza daha böyük tərəqqi arzulayıram.
Əminəm ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələri qarşıdakı illərdə daha da inkişaf edəcək və güclənəcəkdir.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Valdis Zatlers
Latviya Respublikasının Prezidenti