AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Cənab Prezident,
Ölkənizin milli bayramı - Respublika günü münasibətilə Sizi təbrik etmək mənim üçün çox xoşdur. Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının tərəqqisi və firavanlığı yolunda böyük müvəffəqiyyətlər arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün Zati-alinizlə birgə işləməyə hazır olduğumu bildirirəm.
Cənab Prezident, Sizə olan dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Əbdüləziz Buteflika
Əlcəzair Demokratik Xalq
Respublikasının Prezidenti