AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Zati-aliləri!
Bizə dost olan ölkənizin milli bayramı münasibətilə şəxsən öz adımdan və Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin xalqı adından Sizi səmimi qəlbdən təbrik etmək, Sizə ən xoş arzularımı bildirmək, möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan Respublikasının xalqına isə tərəqqi və firavanlıq diləmək mənə xoşdur.
Polkovnik Müəmmər əl-Qəzzafi
Liviya İnqilabının rəhbəri